Gündəm
Amerikalı həmsədr dediklərinə aydınlıq gətirməlidir
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında sensasiyaya səbəb olacaq açıqlama verib. Amerikalı diplomat deyib ki, guya “Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq”.
Məşhur türk aktyorunu sosial şəbəkdə HƏDƏLƏDİLƏR
"Abluka" filmindəki rolu ilə tanınan Berkay Atəş "Anne" serialı ilə yenidən ekranlarda görünüb.
Miqrantlarları daşıyan gəmi batıb
Liviya sahillərində miqrantları daşıyan gəmi batıb.
Merkelin islamla bağlı təklifi "Milad mahnıları oxuyun, fleyta çalın"
Almaniyanın kansleri Angela Merkel Almaniyada "islamla bağlı problemlərin olduğunu" bildiyini etiraf edib.
Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib. Goal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçularından və Almaniya millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb:
2016-cı ilin sonunadək pərakəndə mobil satışların ümumi həcmi 220 milyard dollar təşkil edəcək
“App Annie” şirkətinin riteyl bazarında mobil proqramların tendensiyaları haqda hesabatına əsasən, mobil texnologiyalar, mobil ödənişlər və “push” bildirişlər riteylerin alətlər dəstinə daxil olub. Şirkətin məlumatına əsasən, mobil riteyl sektoru inkişaf edir. Baxılmış ölkələrdə alıcılar tərəfindən onlayn və oflayn kanalları birləşdirən mağazaların “Android” proqramlarda keçirilmiş ümumi vaxt son 12 ayda təxminən 40% artıb.
İraqda spirtli içkilər qadağan olundu
İraq parlamenti ölkə ərazisində spirtli içkilərin istehsalını və satışını qadağan edib.
Azərbaycan OPEK-in Vyana görüşünə dəvət olunub
OPEK və qeyri-OPEK ölkələrinin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşünə Azərbaycan da dəvət olunub. Bunu Azərbaycan energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib. Onun sözlərinə görə, oktyabrın 28-31-də keçiriləcək Vyana görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək. O, əlavə edib ki, N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb. Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu neft hasilatının azaldılması və ya dondurulması olacaq.
Məşhur qəzetin redaktoru istefa verdi
Rusiyanın ən nüfuzlu qəzetlərindən olan "Vedomosti"nin baş redaktoru Tatyana Lısova gələn ilin mart ayında vəzifəsini tərk edəcək.
Deputatdan təklif: "Bütün qapalı məkanlarda qadağan olunsun"
Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanda bütün qapalı məkanlarda siqaret çəkməyin qadağan edilməsini təklif edir.
Ağ evin "qara demokratiya"sı
Rəsmi dövlət qəzeti "Azərbaycan"da ABŞ rəhbərliyinin xarici siyasət kursunu, bu ölkənin seçki sistemini sərt tənqid edən geniş təhlilli yazı dərc olunub.
İlham Əliyev 4 ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərini qəbul edib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
"Tsıqan" ləqəbli kriminal avtoritet apellyasiya şikayəti verib
Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Səfir: "Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradılır"
"Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir".
Hökməlidə villada partlayış zamanı xəsarət alan aparat rəhbəri vəfat etdi
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" MMC-in Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.














