Hökməlidə villada partlayış zamanı xəsarət alan aparat rəhbəri vəfat etdi

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" MMC-in Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" MMC-in Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Olaylar.az report-a istinadən bildirir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılmış və oradakı xəstəxanalardan birinə yerləşdirilmişdi. O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.   Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb. M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər. 
Xatırladaq ki, M.Abbasov "Azəravtoyol" MMC-də Aparat rəhbəri vəzifəsində işləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31