Gündəm
Dəhşətli qətl
32 yaşlı azərbaycanlı sevgilisinin və onun 4 yaşlı qızının başını kəsdi Rusiyanın Orsk şəhərində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitlərini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitlərini aşkar edib.
Suriyada daha 6 kənd İŞİD terrorçularından təmizlənib
Türkiyə Silahlı Qüvvələrinin “Fırat kalkanı” (“Fərat qalxanı”) adı altında Suriyada həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində daha 6 kənd terrorçu İŞİD qruplaşmasından azad edilib.
Avropa Məhkəməsi Ermənistana qarşı - Kütləvi ŞİKAYƏT
İnsan haqları üzrə Avropa Məhkəməsinin Ermənistana qarşı qəbul etdiyi qərarların sayı həm maliyyə, həm də sistem baxımından narahatedicidir. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan parlamentdə 2017-cü ilin büdcəsi ilə bağlı dinləmələr zamanı bildirib.
Məscidlər bağlanır
Fransa Daxili İşlər Nazirliyi ölkədə elan olunmuş fövqəladə vəziyyəti bəhanə edərək Parsin Le Yuvelin, Sen Deni, Val de Marna rayonlarında dörd məscidi bağlayıb. Qeyd edək ki, Fransada radikal ideoloji təbliğatı bəhanəs ilə son zamanlar 20 məscid bağlanıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Vanda zəlzələ
Ötən gün Türkiyənin Van bölgəsinin Tuşpa rayonunda axşam saat 18-19 radələrində 3.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tuşpanın Koşköy kəndi yaxınlığında yerin 5 kilometr dərinliyində qeydə alınıb.Yeraltı təkanlar yaxınlıqdaki yaşayış məntəqələrində də hiss olunub.Dağıntı və tələfat yoxdu. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Bakıda yeddimərtəbəli bina yandı
Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli binada yanğın baş verib.Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə, və digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb. Hər 2 mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli Mətbəxin təqdimatı keçirilib
“Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milli Mətbəxin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat zamanı milli mətbəximizin xüsusiyyətləri haqqında söhbət edilib, Azərbaycanın ənənəvi yeməklərinin hazırlanması üsulları nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları hazırlanmış yeməklərin dadına baxıb və onların çox gözəl dad keyfiyyətlərinə əmin olublar.
Yük maşını tuneldə qalıb
Nəticədə Heydər Əliyev prospektində tıxac yaradıb Paytaxtın Heydər Əliyev prospektində (metronun Koroğlu stansiyasından şəhər istiqamətində) tıxac yaranıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Buna səbəb prospektin sağ kənar yolun üzərindəki tuneldə Kamaz markalı yük avtomobilinin xarab olaraq qalmasıdır. Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.
Deputat dünya çempionu oldu
Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında qalib gəlib. Bu barədə deputat özü məlumat verib. A.Əliyev bildirib ki, rinqdə Rumuniyadan olan rəqibini məğlub edərək, dünya çempionu olub . Xatırladaq ki, İtaliyada kikboksinq turniri keçirilib. Turnirə 35 professional idmançı qatılıb. Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
Ermənilər 18 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Füzuli rayonunun Horadiz, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan ilə Avstriyanın dəmir yolu qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Avstriyada səfərdə olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada “Avstriya Federal Dəmir Yolları” konserninin idarə heyətinin sədri Andreas Matte ilə görüşüb.
Merkel Türkiyəni TƏHDİD ETDİ
Almaniya kansleri Angela Merkel Türkiyənin "Cümhuriyyət" qəzeti ətrafında baş verən son olaylara münasibət bildirib.
NATO-nun sabiq baş katibindən Obamaya İTTİHAM
NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qətiyyətsizlikdə ittiham edib. Olaylar.az APA-ya istinadən bildirir ki, "Sky News"a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: "ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır".
Dərmanlara yeni nəzarət sistemi yaradılır
Azərbaycanda milli farmakonəzarət sisteminin qurulması işlərinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məlumat bazalarının və müvafiq farmakonəzarət proqramlarının yaradılmasına başlanılıb, müvəqqəti farmakonəzarət təlimatı təsdiqlənib.
İŞİD lideri Türkiyəni "ateistlərin müttəfiqi" adlandırdı
"İslam dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarını Mosuldan çəkilməməyə və İraq ordusuna qarşı müqavimət göstərməyə çağırıb. Olaylar.az modern.az-a istinadən bildirir ki, bu haqda "Frans Press" agentliyi məlumat yayıb.














