Azərbaycan ilə Avstriyanın dəmir yolu qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Avstriyada səfərdə olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada “Avstriya Federal Dəmir Yolları” konserninin idarə heyətinin sədri Andreas Matte ilə görüşüb.
3 Noyabr 2016 12:03 SosialAvstriyada səfərdə olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada "Avstriya Federal Dəmir Yolları" konserninin idarə heyətinin sədri Andreas Matte ilə görüşüb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə hər iki ölkənin yerləşdiyi regiondakı özünəməxsus mövqeyi, Avropa və Asiya arasında sərnişin və yük daşımalarında gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə gələcək əməkdaşlığı dərinləşdirmək və müvafiq layihələri müzakirə etmək üçün "Avstriya Federal Dəmir Yolları" ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin Avstriya nümayəndəliyi arasında əlaqələrin qurulması üçün razılıq əldə edilib.