Gündəm

Nazirlikdən summativ qiymətləndirmələrə görə şagirdlərdən pul yığılmasına münasibət

3 Noyabr 2016 11:50

Təhsil Nazirliyi orta məktəblərdə summativ qiymətləndirmənin keçirilməsi üçün müəllimlər tərəfindən şagirdlərdən müxtəlif məbləğdə pulun toplanılmasına münasibət bildirib.

Niderland televiziyasında Azərbaycandan danışılacaq

3 Noyabr 2016 11:45

Niderlandda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli bu ölkədə, eləcə də Avropada yayımlanan “Hope for Today” radio və televiziya kanalının mədəniyyət və siyasət verilişlərinin əməkdaşları, aparıcılar Antoon və Jacquelina Wierda ilə görüşüb.

Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq idealogiyasının təbliği

3 Noyabr 2016 11:40

TUMİB bu mövzuda konfrans keçirib  “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Qobustan rayon İcra Hakimiyyətinin dəstəyilə “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq idealogiyasının təbliği” mövzusunda konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, konfransı giriş sözü ilə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov açıq elan edib və rayonda aparılan dini maarifçilik tədbirlərindən bəhs edib.

Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək 

3 Noyabr 2016 11:41

Noyabrın 11-də Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, “Azercell Telekom” MMC və “UNİCEF” in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Daha bir avtomobil yolunun tikintisi başa çatıb 

3 Noyabr 2016 11:39

Azərbaycan Respublikası Prezidentinin Sərəncamna uyğun olaraq Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yolunun uzunluğu 9 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

3 Noyabr 2016 11:35

Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Köln Forumu” keçiriləcək. DAA-nın prezidenti Rəşad Quliyev “OLAYLAR”-a bildirib ki, forum 4 fevral 2017 –ci ildə Almaniyanın Köln şəhərində baş tutacaq: “Tədbirdə Almaniyanın siyasi partiyaları, qeyri hökumət təşkilatları, millət vəkillərinin, Avropanın eləcə də dünyanın bir sıra beynəlxalq qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Forumun ilk iki saatının mövzusu “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) – Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turistik bölgələrinin və sair təqdimatı olacaq.

Rusiya hərbi təyyarəsi Estoniyaya girdi

3 Noyabr 2016 11:26

Rusiya hərbi təyyarəsi Estoniyanın hava sərhədlərini pozub. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Estoniyanın Baş Qərargahı yayıb.

Quba və Qusarda 22 sm hündürlükdə qar yağıb

3 Noyabr 2016 11:25

Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.

ABŞ-da nüvə həyəcanı yaşandı

3 Noyabr 2016 11:24

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən nüvə obyektində şübhəli əşya ilə bağlı həyəcan siqnalı verilib.

Məşhur xanım: "60 yaşımda da soyunacağam"

3 Noyabr 2016 11:22

Dünyanın ən məşhur supermodellərindən olan 43 yaşlı Haydi Klum 30 yaşlı sevgilisi Vito Şnabellə birlikdə İspaniyada istirahətdədir. H.Klum həmişə olduğu kimi, Marbelya kurortunda da çimərlikdə qurşaqdan yuxarı çılpaq, topless idi.

Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"

3 Noyabr 2016 11:20

"ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır".

Mədəsi ağrıyanların nəzərinə:  səhər oyanan kimi...

2 Noyabr 2016 20:00

Mütəxəssislər səhərlər oyandıqda ac qarına su içməyin faydalı olduğunu deyirlər. Bəs bu, bədənə necə təsir edir? Aile.lent.az ac qarına su içməyin faydalarından bəhs edir.

Sızanaq izlərini və qırışları yox edən prosedur: fraksional lazer

2 Noyabr 2016 19:50

Fraksional lazer müalicəsi dərinin ümumi quruluşunda yaxşılaşma təmin etmək məqsədilə istifadə olunan komfortlu və çox sürətli irəliləyiş müddəti olan lazer prosedurudur. Bu prosedur pasientin dəri quruluşu, ehtiyacları və gözləntiləri çərçivəsində fərdi olaraq həyata keçirilir. Akne yara müalicəsi və qırışların aradan qaldırılmasında təsirlidir. Müasir dövrdə kosmetologiya sahəsində çox istifadə edilən bu prosedur haqqında həkim-kosmetoloq Xariqə Quliyeva Aile.lent.az-a danışıb.

Məşhur aktrisa toy edəcəyi məkanı açıqladı 

2 Noyabr 2016 19:39

Hollivud aktrisası Sandra Ballak toy edəcəyi məkanı açıqlayıb. ATV.az xəbər verir ki, “Radaronline” qəzetinə bu barədə aktrisanın yaxınları məlumat verib. Belə ki, aktrisa model və fotoqraf sevgilisi Brayan Rendol ilə gələn ilin aprelində evlənməyi planlaşdırıblar.

Ən populyar əməliyyat sistemi ilə işləyən kompüterlərin satışı dayandırılıb

2 Noyabr 2016 19:33

Ən populyar əməliyyat sistemi (ƏS) “Windows 7” ilə işləyən yeni fərdi kompüterlərin (FK) satışı dayandırılıb. Bundan başqa, “Windows 8.1” sistemi ilə işləyən qurğular da bazarı tərk edir.