Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Köln Forumu” keçiriləcək. DAA-nın prezidenti Rəşad Quliyev “OLAYLAR”-a bildirib ki, forum 4 fevral 2017 –ci ildə Almaniyanın Köln şəhərində baş tutacaq: “Tədbirdə Almaniyanın siyasi partiyaları, qeyri hökumət təşkilatları, millət vəkillərinin, Avropanın eləcə də dünyanın bir sıra beynəlxalq qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Forumun ilk iki saatının mövzusu “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) – Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turistik bölgələrinin və sair təqdimatı olacaq.

Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Köln Forumu" keçiriləcək. DAA-nın prezidenti Rəşad Quliyev "OLAYLAR"-a bildirib ki, forum 4 fevral 2017 -ci ildə Almaniyanın Köln şəhərində baş tutacaq: "Tədbirdə Almaniyanın siyasi partiyaları, qeyri hökumət təşkilatları, millət vəkillərinin, Avropanın eləcə də dünyanın bir sıra beynəlxalq qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Forumun ilk iki saatının mövzusu "Vision of Azerbaijan" (Azərbaycanın mənzərəsi) - Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turistik bölgələrinin və sair təqdimatı olacaq. Daha sonra bu il almanların Azərbaycana köç etməsinin 200 illi tamam olduğu üçün forumda almanların Azərbaycana köç etməsinin 200 illiyinə həsr olunan filmin nümayişi nəzərdə tutulub. Bundan başqa "Mədəniyyətlər və dinlərarası dialoq : Azərbaycan nümunəsi" mövzusunda müzakirələr , çıxışlar nəzərdə tutulub. Həmçinin toplantıda Dünya Azərbaycanlılarının durumu , problemləri , onların həlli yolları, qarşıda duran vəzifələr, Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi, DAA - nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi nəzərdə tutulub". Rəşad Quliyev deyib ki, foruma eyni zamanda Azərbaycan hökumət nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, millət vəkilləri, bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri də dəvət olunacaqlar. Forumun digər məqsədi dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək bundan başqa Azərbaycan təşkilatlarının bir biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına tövhə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31