Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək 

Noyabrın 11-də Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, “Azercell Telekom” MMC və “UNİCEF” in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Noyabrın 11-də Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, "Azercell Telekom" MMC və "UNİCEF" in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsinin inkişaf, informasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru, "Əlil idmançılara Dəstək" ictimai birliyinin rəhbəri Kamal Məmmədov "OLAYLAR"-a bildirib ki, oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 60 dan cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31