Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq idealogiyasının təbliği

TUMİB bu mövzuda konfrans keçirib  “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Qobustan rayon İcra Hakimiyyətinin dəstəyilə “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq idealogiyasının təbliği” mövzusunda konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, konfransı giriş sözü ilə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov açıq elan edib və rayonda aparılan dini maarifçilik tədbirlərindən bəhs edib.

TUMİB bu mövzuda konfrans keçirib 

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Qobustan rayon İcra Hakimiyyətinin dəstəyilə "Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq idealogiyasının təbliği" mövzusunda konfrans keçirib. "OLAYLAR"-ın xəbərinə görə, konfransı giriş sözü ilə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov açıq elan edib və rayonda aparılan dini maarifçilik tədbirlərindən bəhs edib. A.Şikarov qeyd edib ki, Azərbaycanda ayrı-ayrı etnik qrupların və müxtəlif dinlərin təmsilçilərinin birgəyaşayış modeli dünya üçün parlaq nümunədir. Natiq, gəncləri dini radikalizmə qarşı maariflənməyə çağıraraq Azərbaycandakı milli və dini tolerantlıq mühitindən bəhs edib. TUMİB sədri Çingiz Bayramov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq ideologiyası Prezident

İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərindən danışıb və Qobustanlı gəncləri milli məfkurəmizi daha çox mənimsəməyə çağırıb. Konfransda TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə, Qobustan şəhər "Heydər" Məscidi Dini İcmasının sədri Çingiz Babaşov, TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə və s. çıxış edərək, gəncləri yad və radikal sektaların təsirindən qorumaq cəmiyyətin qarşısında dayanan basilica vəzifə olduğundan bəhs etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31