Niderland televiziyasında Azərbaycandan danışılacaq

Niderlandda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli bu ölkədə, eləcə də Avropada yayımlanan “Hope for Today” radio və televiziya kanalının mədəniyyət və siyasət verilişlərinin əməkdaşları, aparıcılar Antoon və Jacquelina Wierda ilə görüşüb.

Niderlandda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli bu ölkədə, eləcə də Avropada yayımlanan "Hope for Today" radio və televiziya kanalının mədəniyyət və siyasət verilişlərinin əməkdaşları, aparıcılar Antoon və Jacquelina Wierda ilə görüşüb. "OLAYLAR"-ın Azərbaycan Evinə istinadən verdiyi xəbərə görə, təşkilatın rəhbəri Elxan Mirhəşimli ilə media nümayəndələri arasında keçirilən görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın problemləri, zəngin mədəniyyətimiz, ölkəmizdə möcud olan dini tolerantlıq mühiti, eləcə də regionda baş verən proseslər barədə niderlandlı media nümayəndələrinə ətraflı məlumat verilib. Görüşün nəticəsi olaraq Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli sözügedən radio və televiziya verilişlərinə dəvət edilib. Yaxın vaxtlarda baş tutacaq verilişlərdə təşkilat rəhbəri sözügedən radio və televiziyadan Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31