Milli Mətbəxin təqdimatı keçirilib
“Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milli Mətbəxin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat zamanı milli mətbəximizin xüsusiyyətləri haqqında söhbət edilib, Azərbaycanın ənənəvi yeməklərinin hazırlanması üsulları nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları hazırlanmış yeməklərin dadına baxıb və onların çox gözəl dad keyfiyyətlərinə əmin olublar.
3 Noyabr 2016 12:09 Sosial"Excelsior Hotel & Spa Baku" otelinin "Belveder" restoranında Milli Mətbəxin təqdimat mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat zamanı milli mətbəximizin xüsusiyyətləri haqqında söhbət edilib, Azərbaycanın ənənəvi yeməklərinin hazırlanması üsulları nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları hazırlanmış yeməklərin dadına baxıb və onların çox gözəl dad keyfiyyətlərinə əmin olublar. "Excelsior Hotel & Spa Baku" otelinin "Belveder" restoranında hər gün saat 18:00-dan qonaqlar Azərbaycanın milli mətbəxinin yeməklərini sifariş verə bilərlər. Qiymətlər 3 AZN-dən başlayır və qiymət menyudan asılı olaraq dəyişir. "Excelsior Hotel & Spa Baku" otelinin Ərzaq və içkilər departamentinin meneceri Mehmet Ayan qeyd edib ki, bu xudməti "Belveder" restoranı noyabr ayından başlayaraq təqdim etməyə başlayıb. Restoranın peşəkar aşpazları milli mətbəxin istənilən yeməklərini hazırlaya bilir. Oteldə qalan əcnəbilər üçün bu, Azərbaycan mətbəxi ilə tanış olmağın gözəl imkanıdır, bizim həmvətənlərimiz üçün isə - rahat interyerli gözəl atmosferdə şam yeməyi keçirməkdir.