Dəhşətli qətl

32 yaşlı azərbaycanlı sevgilisinin və onun 4 yaşlı qızının başını kəsdi Rusiyanın Orsk şəhərində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitlərini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitlərini aşkar edib.

32 yaşlı azərbaycanlı sevgilisinin və onun 4 yaşlı qızının başını kəsdi

Rusiyanın Orsk şəhərində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitlərini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitlərini aşkar edib.

Məlumata görə, qatil 1984-cü il təvəllüdlü Rauf Qardaşovdur. Bir neçə gün əvvəl yerli məhkəmə onun deportasiya edilməsi barədə qərar çıxarıbmış. Qərar bu günlərdə həyata keçiriləcəkmiş. 

Hazırda Qardaşovun tutulması istiqamətində əməliyyat başlayıb. Şəhərin bütün giriş və çıxışları nəzarətə götürülüb. Qardaşovun çevrəsinə aid olan şəxslər dindirilirlər. İstintaq qətli törətdikdən sonra qatilin intihar etmə ehtimalı versiyasını da araşdırır. Hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi məlumat yayılacaq. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31