Gündəm

Azərbaycan Ordusu hərəkətə keçdi

3 Noyabr 2016 13:20

İrimiqyaslı təlimlər başlanır Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

“Nati” əmtəə nişanı ilə buraxılan məhsullar İraq bazarına da çıxarılacaq

3 Noyabr 2016 13:19

"Şərq qapısı" qəzeti xəbər verir ki, Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə 2011-ci ildə fəaliyyətə başlayan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac yönümlü məhsullar istesal edir. Türkiyənin “Pek makina”, “Forma makina LTD”, “Ar-Can”, “Alper” və “Makrev” firmalarının istehsalı olan avadanlıqlar saatda 300 kiloqram vafli istehsalı gücünə malikdir. Müəssisədə vanilli, çiyələkli, bananlı, kakaolu, südlü tərkibdə “Tıq-tıq xanım”, “Şokolay” adları ilə 25 çeşiddə vafli bişirilir. Burada 2013-cü ildə qurabiyə və peçenye istehsalı sahəsi də yaradılıb. Bu istehsal sahəsində də saatda 300 kiloqram məhsul istehsal etmək olur. Burada “Naxçıvan”, “Məktəbli”, “Çay vaxtı”, “Möminə xatın”, “Yubiley” və sair adlarda 16 çeşiddə istehsal edilən peçenye və biskvit 35 qramdan 5 kiloqramadək nəfis tərtibatla bəzədilmiş taralarda qablaşdırılır.

Təlimçilərin hazırlanması məqsədi ilə seminar keçirilib

3 Noyabr 2016 13:17

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Ağdaş Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə təlim-məşğələ keçirib.

Ermənistanda işçilər yolu bağladılar

3 Noyabr 2016 13:15

Ermənistanın paytaxtı İrəvanda "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər. Olaylar.az Trend-ə istinadən bildirir ki, etirazçılar zavoda gedən yolu hərəkət üçün bağlayıblar.

Çovdarovun dəhşətli zorakılıqları - Xüsusi təyinatlıların əli ilə

3 Noyabr 2016 13:04

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə yeni detallar üzə çıxmaqdadır.

"Mosulu saxlayın, Türkiyəyə hücum edin" Əbu Bəkr əl Bağdadi

3 Noyabr 2016 13:02

“İslam Dövləti” (keçmiş adı “İŞİD”) terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadi qələbə qazanacaqlarına əmin olduğunu deyib və Türkiyəyə hücum etmək əmrini verib. O, buna səbəb kimi Türkiyənin “ateistlərlə ittifaqda” olduğunu əsas gətirib. SİA xəbər verir ki, bu barədə France-Presse Əbu Bəkr əl Bağdadinin audioyazısına istinadən yazır. Audioyazı oktyabrın 17-də - Mosulun “İslam Dövləti”ndən azad olunması əməliyyatı başlandığı zaman ictimailəşdirilib. Bununla yanaşı, ekstremist-terrorçu təşkilatının lideri silahlılara İraq hökumət qüvvələrinin Mosula hücumu qarşılığında müqavimətlərini artırmağı və geri çəkilməməyi əmr edib.    

“ABŞ-da səsvermə prosesi siyasiləşdirilir”-  AÇIQLAMA

3 Noyabr 2016 13:00

“ABŞ-ın seçki sistemində qüsurları olduğu halda digər dövlətlərə irad bildirməsi ən böyük məntiqsizlikdir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Rusiya-Azərbaycan Regionlararası Forumunun əhəmiyyəti- AÇIQLAMA

3 Noyabr 2016 12:58

“Bu gün Rusiya Federasiyası Azərbaycanın əsas ticarət ortaqlarından biridir. Statistik göstəricilərə görə Azərbaycanın əmtəə dövriyyəsində Rusiya üçüncü yerdədir, idaxalda birinci, ixracda isə səkkizincidir”. Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Ədliyyə nazirliyi istintaq araşdrırmalarına mane olur- SEÇKİ QALMAQALI

3 Noyabr 2016 12:56

ABŞ-ın Federal Araşdırmalar Bürosu (FAB) hesab edir ki, tabeçiliyində olduğu ədliyyə nazirliyi onlara Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonun dövlət katibi işlədiyi dövrlərdə qanun pozuntularına yol verməsi ətrafında istintaq işini yenidən başlamasına əngəllər yaradır. SİA xəbər verir ki, Washington Examiner qəzetinin əməkdaşları FAB təmsilçiləri ilə söhbət apardıqdan sonra belə qənaətə gəliblər. Nəşr yazır ki, məhz ədliyyə nazirliyi bir neçə ildir ki, Klintonun dövlət katibi postunda olduğu dövrlərdə korrupsiya hallarına, eləcə də dövlət maraqlarına zidd olan qanun pozuculuqlarına dair istintaq araşdırmalarının aparılmasına müxtəlif maneələr yaradır.

Hansısa beynəlxalq sənəddə “siyasi məhbus” anlayışı yoxdur

3 Noyabr 2016 12:54

“Ümumiyyətlə hər hansı bir beynəlxalq sənəddə “siyasi məhbus” anlayışı yoxdur. “Siyasi məhbus” termini bəzi müdafiəçilər tərəfindən dövriyyəyə daxil edilmiş bir anlayışdır. Bunun hansısa bir beynəlxalq hüquq sənədində ifadə olunması yoxdur”. Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Trampa qarşı dövlət səviyyəsində ANTİTƏBLİĞAT

3 Noyabr 2016 12:52

“Respublikaçılar partiyasından prezidentliyə namziəd olan Donald Tramp qadınlara qarşı münasibətdə özünü yüngül insan kimi göstərib”.SİA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Florida ştatının Palm-Biç şəhərində Hillari Klintonu dəstəkləyən mitinqdəki çıxışında səsləndirib.

"Müharibə olsa, Azərbaycan həmin dərman zavodundan istifadə edəcək"-  AÇIQLAMA

3 Noyabr 2016 12:48

“Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlinin qoyulması dərman sahəsində əlamətdar hadisədir. Zavodun işə düşməsi ölkəmizdə bir çox problemləri həll edəcək, Azərbaycan əhalisinin  keyfiyyətli, əlçatan və daim nəzarətdə olan dərman vasitələri ilə təminatına müsbət təsir göstərəcək”. Bunu SİA-ya açıqlamasında  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.

Qohumları anası öldürülən 3 uşaqdan imtina etdilər

3 Noyabr 2016 12:46

"Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətl hadisəsinin şahidi olan 3 azyaşlı uşağa psixoloji dəstək göstərilir".

Türkiyə DİN-in 1218 əməkdaşı işdən çıxarılıb

3 Noyabr 2016 12:42

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) Jandarm Baş Komandalığının 1218 əməkdaşı işdən çıxarılıb. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə DİN məlumat yayıb. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqə və əməkdaşlıqda şübhəli bilinirlər.  İşdən çıxarılan əməkdaşlardan 419-u zabitdir. 

DİQQƏT: Şokolad yeyəndən 10 dəqiqə sonra...

3 Noyabr 2016 12:35

Şokoladın insanı xoşbəxt etdiyi və sağlamlığa bir çox faydasının olduğunu bilirik. Bəs şokolad yeyərkən orqanizmdə baş verən dəyişiklikləri bilirsinizmi? Olaylar.az bildirir ki, lent.az-ın bu yazısında yuxarıdakı suala cavab tapa biləcəksiniz.