Gündəm

Kustar üsulla hazırlanan turşular zəhərlənmə mənbəyidir

3 Noyabr 2016 14:03

Konservləşdiriliş pomidorun təhlükəsi daha böyükdür  Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Xanərəb kəndində qeydə alınıb. Belə ki, sözügedən kənddə yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir. Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvüləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.

Düşüncələrimizi bəzəyən böyük Türk Birliyi qurulacaq

3 Noyabr 2016 14:00

Cavid Aydın (Məmmədov) “Azərbaycanın Türkiyədəki diaspor fəaliyyətlərini qardaş ölkə, “Bir millət, iki dövlət” anlayışıyla lazımsız olaraq görənlər var” “Ancaq unudulmamalıdır ki, erməni diasporunun ən çox fəal olaraq media və diaspor fəaliyyətlərinin olduğu ölkələrin başında Türkiyə gəlir” Dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan adına dərnək və cəmiyyətlər yaradaraq ölkəmizi layiqincə təmsil edir, haqq səsimizi dünyaya çatdırırlar. Bu baxımdan Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları və cəmiyyətlərini xüsusi qeyd edə bilərik. Türkiyədə uğurla fəaliyyət göstərən təşkilatlardan biri də Əskişəhir Azərbaycanlılar Dərnəyidir. Dərnək fəaliyyət göstərdiyi 6 il ərzində Azərbaycan adına bir çox işlər görüb. Əskişəhir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydınla (Məmmədov) söhbətimizdə də rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, Azərbaycanın təbliği istiqamətində gördüyü işlərdən danışdıq. “OLAYLAR”-a verdiyi müsahibədə Cavid Aydınla (Məmmədov) qarşıda duran vəzifələr barədə də söz açıb.

Görkəmli maarifçi Eynəli bəy Sultanov barədə Türkiyədə dərc olunan məqalə tapılıb

3 Noyabr 2016 13:56

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə bu il Eynəli bəy Sultanovun 150 illik yubileyi muxtar respublikada dövlət səviyyəsində qeyd olunur. Ona görədə Eynəli bəy Sultanovun yaradıcılığı, fəaliyyəti araşdırılır, vaxtilə onun haqqında yazılmış məqalələr tapılıb üzə çıxarılır. "Şərq qapısı" qəzeti xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Məmmədov bu yaxınlarda İstanbul Universitetinin kitabxanasından Eynəli bəy Sultanov haqqında yazılmış bir məqaləni üzə çıxarıb. 1971-ci ildə İstanbulda nəşr olunan “Böyük Türkiyə” jurnalındakı “Milli kültürçülərimizdən Eynəli Sultan” adlı həmin məqalənin müəllifi həmyerlimiz, dilçi-türkoloq, professor Əhməd Cəfəroğludur. Türkiyə türkcəsiylə nəşr olunan həmin məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxuculara təqdim edirik.

İnformasiya təhlükəsizliyimiz necə təmin olunur?

3 Noyabr 2016 13:53

Kiberhücumların qarşısını almaq mümkündürmü?  Müasir dünyada dövlətlər üçün informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Çünki, informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı şəraitində informasiya sızmasının qarşısını almaq müşkül məsələyə çevrilib. Azərbaycanda da informasiya təhlükəsizliyi ilə bağlı çoxsaylı fikirlər səslənməkdədir. Hətta informasiya təhlükəsizliyi haqqında qanunun qəbul olunmasını vacib hesab edənlər də var.

Siqareti tərgitmək asanlaşır, çünki…

3 Noyabr 2016 13:50

Bütün dünyada sosial bəlaya çevrilmiş siqaret çəkmək ən çox yayılmış vərdişdir ki, bu da insan orqanizminə böyük zərər gətirir, eləcə də gələcək fəaliyyətini zəlil edir. Odur ki, ən azından siqaretdən sağlamlıq naminə imtina edilməlidir. Sirr deyil ki, bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu dərk etməsənə baxmayaraq insanlar ondan imtinada çətinlik çəkirlər. 

Atatürk hava limanında bomba həyəcanı

3 Noyabr 2016 13:48

Türkiyədə polisə Türk Hava Yollarının İstanbul - Diyarbakır istiqamətində hərəkət edəcək sərnişin təyyarəsində bomba olması barədə məlumat daxil olub. Olaylar.az "Sputniknews"a istinadla bildirir ki, məlumat daxil olduqdan sonra təyyarədəki sərnişinlər təxliyə ediliblər.

Tanınmış kloun vəfat etdi

3 Noyabr 2016 13:46

 Ötən əsrin 70-80-ci illərində sabiq SSRİ məkanında uşaq və böyüklərin sevdiyi  və maraqla tamaşa etdiyi komik sirk proqramlarının daimi 1 nömrəli oyunçusu Oleq Popov 86 yaşında qəflətən vəfat edib. Aktyor ötən gecə qastrola  gəldiyi Rusiyanın Rostov şəhərində dünyasını dəyişib. Mehmanxanaya  çağırılan təcili yardım Oleq Popovun vəfat etdiyini təsdiq  edib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Nazir şikayətçiləri dinləyib

3 Noyabr 2016 13:44

Noyabrın 3-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Minik avtomobili yük qatarı ilə toqquşub

3 Noyabr 2016 13:38

Bakı-Quba magistral avtomobil yolununda qəza qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də Sumqayıt şəhəri ərazisində “Vaz” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvanoğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb.

Tovuz  sakinini cərəyan vuraraq öldürüb

3 Noyabr 2016 13:33

Tovuzda 27 yaşlı rayon sakinini elektrik enerjisi vurub. Məlumata görə, hadisə fəlaiyyətsiz olan dəri emalı sexinin həyətində baş verib. Rasim Kərimov hadisə yerində dünyasını dəyişib. Onun meyiti Tovuz Rayon Mərkəzi Xəstəxanasının meyitxanasına aparılıb.

Əvvəlcə evi qarət etdilər, sonra isə yandırdılar

3 Noyabr 2016 13:30

Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, ev yandırılib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.

304 çoxmərtəbəli binaya təbii qaz verilib

3 Noyabr 2016 13:26

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Birlik tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdırılıb və müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazının verilməsi təmin olunub.. Həmin binalarda ümumilikdə 8772 mənzil var.

Bakı Şəhər üzrə Baş Təhsil İdarəsindən yeni layihə

3 Noyabr 2016 13:25

Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi “75 məktəb” layihəsinə start verib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində ilk görüş Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbdə keçirilib. “Dəyirmi masa”da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb direktorları, direktor müavinləri, Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər. Məktəbləri layihənin istiqamətləri ilə tanış etmək və layihə çərçivəsində görüləcək işlərin müzakirə olunması məqsədilə təşkil edilən “Dəyirmi masa”da layihəyə cəlb olunan məktəblərin tədris göstəricilərinin təhlili, minimum proqramların təqdimatı və davamiyyətin monitorinqi məsələləri müzakirə edilib. Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihədən biri də “75 məktəb” layihəsidir.

15 il axtarışda olan şəxs tutuldu

3 Noyabr 2016 13:23

Bakıda 15 il axtarışda olan şəxs tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Cavad Mustafayev saxlanılıb. O, 2001-ci il noyabrın 13-də İmran Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-2106" markalı avtomobilin sürücüsüdür.

Elektron xidmətlərin tətbiqi Naxçıvanda daşınmaz əmlakın qeydiyyatını sadələşdirib

3 Noyabr 2016 13:21

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki, hazırda komitə tərəfindən 19 adda elektron xidmət göstərilir. Vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər komitənin internet saytında (www.emlak.nakhchivan.az) yerləşdirilib və elektron hökumət portalına (e-hokumet.nmr.az) inteqrasiya olunub.