Kustar üsulla hazırlanan turşular zəhərlənmə mənbəyidir
Konservləşdiriliş pomidorun təhlükəsi daha böyükdür Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Xanərəb kəndində qeydə alınıb. Belə ki, sözügedən kənddə yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir. Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvüləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.
3 Noyabr 2016 14:03 SosialKonservləşdiriliş pomidorun təhlükəsi daha böyükdür
Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Xanərəb kəndində qeydə alınıb. Belə ki, sözügedən kənddə yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir. Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvüləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.
Qeyd edək ki, mövsümdən asılı olaraq hər il pomidor turşusundan zəhərlənənlər baş verir. Belə hallar ən çox ev şəraitində hazırlanan və bazarlarda açıq şəkildə satılan turşuların təsirindən mümkün olur. Daha doğrusu texnoloji nəzarətdən keçməyərək kustar şəraitdə hazırlanan turşular insan üçün təhlükə mənbəyinə çevrilib. Bəs, belə halların qarşısını necə almaq olar? Xatırladaq ki, milli mətbəxtimizdə ən çox istifadə edilən ərzaqlardan biri də konservləşdirilmiş tərəvəzlərdir ki, bu məhsulun nə dərəcədə təhlükəli olması hamıya bəllidir. Demək olar ki, mütəmadi olaraq bu növ məhsullardan zəhərlənmə halları baş verir ki, bununla da insanlar dünyasını dəyişmiş olur. Daha dəhşətlisi odur ki, ev şəraitində hazırlanmış konservləşdirilmiş məhsullardan, xüsusən pomidordan kütləvı zəhərlənmə halları tez-tez baş verir. Qeyd edək ki, pomidorun tərкibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən çoх asılıdır. Müasir dövrdə pomidorun keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Eyni zamanda onların yetişməsi və saxlanılması dövründə tərkibindəki maddələr keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlakı zamanı vacib məsələlərdəndir. Ona görə də insan sağlamlığı üçün faydalı olan bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır. Məlum olduğu kimi, pomidordan il boyu istifadə edə bilmək üçün onu müxtəlif üsullarla konservləşdirirlər və onlar ən çox istifadə olunan məhsullardandır. Belə ki, pomidordan tomat və ya pomidor şirəsi, turşu, sous, mürəbbə və s. hazırlanır. Eyni zamanda pomidorun digər tərəvəzlərlə qarışığından sirkəyə və duza qoyulmaqla ən müxtəlif çeşidli konservlər hazırlanır. Ona görə də istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, konservləşdirilmiş pomidor məhsullarının ən geniş yayılanı pomidor şirəsi və ya tomat hesab olunur. Tomat aşağı kalorili qidalı məhsulu olsa da iştahı qaldırır, həzm prosesinin yaxşılaşmasına təsir göstərir və bir sıra xəstəliklərin qarşısının alınmasında faydalı hesab olunur. Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetişmiş, bütöv, təmiz və zədəsiz olmalıdır. Emal üçün pomidorlar saplaqsız, gün vurmamış və ləkəsiz olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır. Qablaşdırılmış tomatın keyfiyyəti onun hazırlanması üçün istifadə olunan pomidorun sağlamlığından, hazırlanma və saxlama şəraitindən asılı olur. Ona görə də tomat alarkən qeyd olunan məsələlərə diqqət etmək vacibdir. Tomatdan əlavə istehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş pomidor turşusu da xüsusi çəkiyə malikdir. Pomidorun duza və sirkəyə qoyulması ilə hazırlanan bu məhsullar yaxın keçmişə qədər əsasən ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir və bu onların çeşid müxtəlifliyinə, keyfiyyətinə müsbət təsir göstərmişdir. Bu məhsullar yüksək qidalılıq dəyərinə malik olmasa da uzun müddət saxlanılması istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Lakin nəzərə alınmalıdır ki, keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Ona görə də istehlakçılar bu məhsulları alarkən diqqətli olmalıdırlar. Hər şeydən əvvəl konserv istehsalında xammal kimi istifadə olunan pomidor sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bir sıra hallarda isə pomidor konservləri mikroorqanizmlərin inkişafı ilə əlaqədar korlanır. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur. Qeyd olunanları nəzərə alaraq hər bir istehlakçı pomidor konservi alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir. Qabının metal səthi aşınmış, cızılmış konserv məhsulları qətiyyən istifadə edilməməlidir. Konservləşdirilmiş pomidor normativ-texniki sənədlərə uyğun olaraq qablaşdırılmalıdır. Eyni zamanda bu məhsulları alarkən onların sterilizə olunub-olunmamasına diqqət edin. Bilin ki, ev şəraitində hazırlanan pomidor konservlərinin əksəriyyəti sterilizə olunmur ki, bu da botulizm kimi təhlükəli mikrobların inkişafına münbüt şərait yaradır. Belə məhsullar güclü zəhərlənməyə səbəb ola bilər.
Ticarət şəbəkəsindən bu məhsulları alarkən onların markalanmasına, etiketdəki məlumatlara, qabın səthində mümkün ola bilən defektlərə, pas ləkələrinə, lehimlərin yığıntı ölçülərinə, rezinin və ya pastanın vəziyyətinə diqqət yetirin. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Markalama zamanı qabın üzərində gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır. Belə ki, qablaşdırılmış pomidor konservlərinin etiketdə aşağıdakı məlumatlar olmalıdır: istehsalçı müəssisənin adı və ünvanı; məhsulun adı və növü; xalis çəkisi; istehsal tarixi; saxlama müddəti və şəraiti; məhsulun enerji və qidalılıq dəyəri; sertifikatlaşdırılması və məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatlar. Bütün bu məlumatlar aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi həmin konservlərin keyfiyyətinə ciddi şübhələr yaradır. Bu kimi məhsullarla rastlaşdıqda onları almaqdan çəkinilməlidir. Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün tərəvəzlərdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyyə olunur. Pomidor konservlərini hazırlanma tarixindən etibarən 2-3 il müddətinə saxlamaq mümkündür. Ancaq hər bir istehlakçı nəzərə almalıdır ki, bu müddət ərzində saxlanma şəraiti və temperaturu onun keyfiyyətinin dəyişməsi baxımından çox əhəmiyyətlidir. Ona görə uzun müddət saxlanılan bu məhsulları istehlak edərkən ehtiyatlı olmaq tələb olunur.
Nurlan