Nazir şikayətçiləri dinləyib

Noyabrın 3-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Noyabrın 3-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylara" - a verilən xəbərə əsasən  görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Nazir qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib. Şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31