Siqareti tərgitmək asanlaşır, çünki…

Bütün dünyada sosial bəlaya çevrilmiş siqaret çəkmək ən çox yayılmış vərdişdir ki, bu da insan orqanizminə böyük zərər gətirir, eləcə də gələcək fəaliyyətini zəlil edir. Odur ki, ən azından siqaretdən sağlamlıq naminə imtina edilməlidir. Sirr deyil ki, bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu dərk etməsənə baxmayaraq insanlar ondan imtinada çətinlik çəkirlər. 

Bütün dünyada sosial bəlaya çevrilmiş siqaret çəkmək ən çox yayılmış vərdişdir ki, bu da insan orqanizminə böyük zərər gətirir, eləcə də gələcək fəaliyyətini zəlil edir. Odur ki, ən azından siqaretdən sağlamlıq naminə imtina edilməlidir. Sirr deyil ki, bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu dərk etməsənə baxmayaraq insanlar ondan imtinada çətinlik çəkirlər. 

"Müharibə olsa, Azərbaycan həmin dərman zavodundan istifadə edəcək"-  AÇIQLAMA

Statistik məlumata görə, hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən beş million insan dünyasını dəyişir. Məlumdur ki, siqaret arteriyaları tutur və ürək xəstəliklərinə gətirib çıxarda bilir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15000 döyüntü çoxdur. Damarların sıxılması nəticəsində oksigen qidalanması aşağıdır. Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə gətirib çıxardır. Tütün və tütün tüstüsü 3000 kimyəvi birləşmələrdən ibarətdir ki, 60-dan çoxu kanseroqendir. Beləki kanseroqen birləşmələr qenetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Artıq sübut olunub ki, siqaret ağ ciyər xərçənginin yaranmasında 90% kimi yüksək ehtimala malikdir. Siqaret çəkmək göz zəifliyinə gətirib çıxardır. Siqaretin tərkibində olan maddələr görmə qabiliyyətinə zərər vura bilərlər. Bu maddələr gözdə gedən qan dövranının ritmini poza bilərlər. Hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmək riski vardır. Elə xəstəliklər var ki, sırf siqaret səbəbkar olur. Misal üçün ayaq damarlarının tutulması. Damarlar tutulur və qan dövranı pozulur. Hətta ən pis halda ayağın amputasiyası istisna olunmur. Ancaq Rusiya Federasiyasında ildə 20 min siqaret düşkünün ayaq amputasiyası əməliyyatı keçirilir. Kliniki araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkənin dərisi, çəkməyənin dərisində daha tez qocalır. Məsələn sübut olunmuşdur ki, 40 yaşlı siqaret çəkən bir insanın dərisi 70 yaşlı siqaret çəkməyən insanın dərisi ilə eyni struktura malik ola bilir. Siqaret çəkən kişilərdə impotensiyaya 3 dəfə çox artır. Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir. Məhz sadalanan amilləri nəzərə alaraq Azərbaycanın qanunverici orqanı "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsi hazırlayıb. Baxmayaraq ki, sözügedən qanun layihəsi parlament müzakirəsinə çıxarımayıb, ancaq sənəddə kifayət qədər vacib məsələlər əksini tapıb. Məlumata görə, qanun layihəsində ictimai nəqliyyatın bütün növlərində, kinoteatrlarda, idman yarışlarına və konsertlərin keçirildiyi qapalı məkanlarda, təhsil müəssisələrində və şadlıq evlərində, xidmət obyektlərində siqaret çəkməyin qadagan edilməsi nəzərdə tutulur. Sənədə əsasən 3 qapalı müəssisə ilə bağlı istisnalar qüvvədə olacaq. Bura qocalar evləri, həbsxanalar və ruhi-əsəb dispanserləri daxildir. Bu məkanlarda siqaret çəkmək istisna təşkil edəcək. Qadağaları pozanlara qarşı isə cərimələrin məbləği İnzibatı Xətalar Məcəlləsinə uyğun müəyyənləşdiriləcək. Maqralıdır, cəmiyyət və ümumiyyətlə insan sağlamlığı üçün bu qədər əhəmiyyətli olan qanun layihəsinin müzakirəsi niyə yubadılır? 
Məlumat üçün qeyd edək ki, Milli Məclisin əmək və sosial siyasət komitəsi bir müddət öncə "Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsini gündəmə gətirmişdi. Bu sənəddə ictimai yerlərdə siqaret çəkməyin qadağan olunmasını hissə-hissə həyata keçirmək nəzərdə tutulurdu. Etiraf edək ki, bu məsələnin gündəmə gəlməsi kifayət qədər yaxşı nəticələr verdi. Nəticədə ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul edildi. Hazırda bu qanun qüvvədədir. Daha sonra cənab Prezidentin sərəncamı ilə İçərişəhərdə siqaret çəkmək qadağan olundu. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu, tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və onun qiymətləri artırıldı. Bu kimi qanunların qəbulunda əsas məsələ cərimələrin tətbiq edilməsi deyil, maarifləndirmə məsələsidir, tütünsüz mühit yaradılması məsələsidir ki, insanlar, xüsusən də uşaqlar, yeniyetmələr tütün tüstüsü ilə kontaktda olmasın ki, onlarda da siqaretə meyillilik yaranmasın. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım edilməsi məsələsi gündəmə gəlib. Hətta demək olar ki, bu istiqamətdə pilot layihələrin həyata kaçirilməsinə başlanılıb. Nəzərə alaq ki, bu məsələ "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun lahiyəsində öz əksini tapıb. Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur. Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Yeri gəlmişkən xatırladaq ki, sözgüdən məsələ "Tütün və tütün məmulatları haqqında" qanunda da əksini tapıb. Lakin sözügedən qanunun qüvvədə olmasına baxmayaraq hələ də dükan və bazarlarda azyaşlı uşaqlara açıq-aşkar siqaret satıldığının şahidi oluruq. Bəs, yeni qanun belə halların qarşısını ala biləcəkmi? 
Milli Məclisdən əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, tütünün istehlakının məhdudlaşdırılması haqqında olan bu yeni qanun layihəsi də qənaət sisteminin bir hissəsidir: "Ancaq burada iki formada qənaətə keçmək mümkün olur. Siqaret çəkərkən canını da, cibini də xərcləyirsən. Yəni siqaretdən imtina edib tərgitməklə həm cibə qənaət edirsən və həm də can sağlığını təmin etmiş olursan". Onun sözlərinə görə, yeni qanun layihəsində tütünün istehlakına qarşı mübarizə məqsədi ilə maarifləndirməyə geniş yer verilib. İlk dəfə olaraq bu yeni qanunda yalnız siqarət yox bütün növ tütün məmulatlarının məhdudlaşdırılması məsələsi ortaya qoyulur: "Qəlyan, tənbəki, siqar və digər tütünün bütün növlərindən istifadəni məhdudlaşdırırıq. Üzərində çalışdığımız bu yeni qanun layihəsi ilə ilk dəfə olaraq tütün məhsullarından istifadənin yer, məkan olaraq məhdudlaşdırılmasının coğrafiyası genişlənir. Məsələn, artıq yaşayış yerlərində, binalardakı girişlərdə, dəmiryol vağzallarındakı perronlara qədər istifadə məhdudlaşacaq. Bu gün siqaret çəkənlərlə yanaşı, daha çox ziyan ətrafdakılara, onun tüstüsündən əziyyət çəkənlərə dəyir. Bu yeni qanunla artıq tütün tüstüsünə məruz qalan vətəndaşların hüquqlarının qorunması da mümkün olacaq. Layihədə həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi ciddi əksini tapıb". Komitə sədri bildirib ki, qanun hazırlanarkən təbii ki, tütün, siqaret məhsullarından istifadəyə görə asılı vəziyyətə düşmüş, əziyyət çəkən vətəndaşların da hüquqları nəzərə alınıb: "Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur. Yəni bu qanunla siqareti tərgitmək istəyən hər bir vətəndaşı dövlət özü pulsuz müalicə edəcək. Siqaret çəkməyənlərin də hüquqlarının qorunması bu qanunda nəzərə alınıb".
 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31