İnformasiya təhlükəsizliyimiz necə təmin olunur?

Kiberhücumların qarşısını almaq mümkündürmü?  Müasir dünyada dövlətlər üçün informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Çünki, informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı şəraitində informasiya sızmasının qarşısını almaq müşkül məsələyə çevrilib. Azərbaycanda da informasiya təhlükəsizliyi ilə bağlı çoxsaylı fikirlər səslənməkdədir. Hətta informasiya təhlükəsizliyi haqqında qanunun qəbul olunmasını vacib hesab edənlər də var.

Kiberhücumların qarşısını almaq mümkündürmü? 
 

Müasir dünyada dövlətlər üçün informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Çünki, informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı şəraitində informasiya sızmasının qarşısını almaq müşkül məsələyə çevrilib. Azərbaycanda da informasiya təhlükəsizliyi ilə bağlı çoxsaylı fikirlər səslənməkdədir. Hətta informasiya təhlükəsizliyi haqqında qanunun qəbul olunmasını vacib hesab edənlər də var. Maraqlıdır, Azərbaycan dövlətinin və elektron informasiya vasitələrinin informasiya təhlükəsizliyi lazımi dərəcədə qorunurmu? Millət vəkili Tahir Mirkişili qeyd edib ki, informasiya təhlükəsizliyi kifayər qədər geniş və mürəkkəb sahədir. Dünyanın ən inkişaf etmiş ölkələri belə haker hücumlarından qoruna bilmirlər. Dünyanın İKT üzrə ən inkişaf etmiş ölkələrində belə görürsünüz ki, kiber hücumlar nəticəsində dərc olunan materialların əldə edilə bilməsi qarşısında ciddi bir tədbir görə bilmirlər. Belə bir yanaşma var ki, informasiya təhlükəsizliyinin məqsədi informasiya resurslarına olan hücumların hamısını dəf etmək deyil.

Dərmanlara yeni nəzarət sistemi yaradılır

Onun əsas məqsədi bu hücum nəticəsində yaranacaq problemlərdən daha az ziyanla çıxmaqdır. Kiber hücumların müxtəlif formaları var, xarakterləri getdikcə dəyişir, hücumlardan müdafiə olunmaq üçün böyük səy, elmi potensial və vəsait tələb olunur: "Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyət göstərir. Bu agentliyin əsas məqsədlərindən biri dövlətin informasiya ehtiyatlarının təhlükəsizliyini təmin etməkdir. Agentlik tərəfindən həm informasiya ehtiyatları, həm də dövlət informasiya infrasturkturlarının qorunması istiqamətində tədbirlər görülür. Fərdi informasiya ehtiyatlarının qorunması isə tamamilə fərqli yanaşma tələb edir. Burada kifayət qədər maarifləndirici tədbirlər görülməlidir. İnsanlar özlərinin informasiya təhlükəsizliyini qorumaq üçün müəyyən profilaktik tədbirlər görməlidir. Bir çox informasiya ehtiyatlarından ehtiyatla istifadə etmək lazımdır. Və ya şifrələr daha mürəkəb olmalı və tez tez dəyişdirilməlidir. Bunlar maarifləndirmə tədbirləridir". Millət vəkili hesab edir ki, özəl sektorda informasiya təhlükəsizliyinin qorunması üçün kifayət qədər işlər görmək lazımdır və buna ehtiyac da var. Çünki informasiya təhlükəsizliyi ilə bağlı problem insanların gündəlik fəaliyyətində də əngəllər ortaya çıxarır: "Bilirsiniz ki, bizim gündəlik fəliyyətimizin böyük bir hissəsi informasiya resurslarından asılıdır. İstehsal, xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdə informasiya təhlükəsizliyinə xüsusi fikir vermək lazım. Hesab edirəm ki, bu istiqamətdə görüləsi işlər çoxdur". Azərbaycan cəmiyyətinin gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilən internetə münasibətə gəldikdə deputat qeyd edib ki, insanlara lazım olan informasiyanı tapmaq üçün onlarda adət və vərdiş yaranmalıdır: "Xatırlayırsınızsa, bizlər orta məktəbdə oxuyanda kalkulyatordan istifadəyə qadağa qoyulmuşdu. Yadımdadır ki, riyaziyyat dərsində sinifə kalkulyator gətirmək böyük bir hadisə idi. Müəllimlər buna çox aqressiv yanaşırdı. Bu gün isə sinifdə kalkulyator olması müəllim üçün önəmli deyil. Hər kəsin artıq bir telefonu var. Ümumilikdə təhsilə yanaşma dəyişməkdədir. Qərb nəzəsiyyəçiləri belə hesab edirlər ki, informasiya resurslarının bugünkü belə bolluğu şəraitində təhsilin əsas məqsədi bilik vermək deyil, bu biliyi hardan tapa bilməsini öyrətməkdir. Misal üçün Google axtarış sistemini göstərirlər. Belə bir yanaşma da var ki, insanların hər hansı bir informasiyanı yadda saxlamağına ehtiyac yoxdur. Cəmiyyətlər inkişaf etdikcə, bəlli bir konservativ kəsimin reaksiyaları birmənalı olmur. Ancaq biz daha çox informasiya texnologiyalarının insanlara nələr verməsini düşünməliyik. Bunun bir neçə istiqaməti var. Birincisi informasiya texnologiyaları insanlar arasındakı ünsiyyəti çox asanlaşdırır. Əvvəllər insanlar bir-birini tapa bilmirdilərsə, indi bu, daha asandır. Müasir informasiya cəmiyyətinin əsasında duran amil ideya və vaxtdır. İdeya varsa, inkişaf da var.Əgər vaxta qənaət edirsinizsə, demək ki, inkişafa ximət edirsiniz. İKT-nin əsas məqsədi vaxta qənaət etməkdir. Vaxt isə müasir iqtisadiyyatın əsas dəyər yaradıcı amilidir. Qənaət olunan vaxtı isə yaradıcı işlərə sərf edirik. Digər bir tərəfdən informasiya-kommunikasiya texnolgiyaları insanlara böyük bir fəaliyyət azadlığı bəxş edir. İnsanlar istədiyi yerdə fikrini ifadə edə bilir, istənilən bir hadisəyə münasibət bildirə bilir. Azərbaycanda əhalinin 75 faizi internetdən istifadə edir. Azərbaycanda internetdə senzura yoxdur, fikir və ideya azadlığı hökm sürür". Onun sözlərinə görə, informasiya texnologiyaları cəmiyyətin inkişafına böyük təkan verir. Çünki insanların seçim imkanları yaranır: "İnsanlar informasiya aldıqları və verdikləri zaman daxili azadlıqlarını inkişaf etdirirlər. İnsan daxilində azad olmalıdır, nəinki hərəkət və vərdişlərində. Çünki hərəkət və vərdişlər daha çox cəmiyyətin ənənələri və qanunlar ilə formalaşır. İnsan daxildə azad olduğu zaman o daha çox kamil olur. İKT hər kəsə daxildə azad olmaq imkanı yaradır. İKT həm də xidmət səviyyəsinin yeni mərhələyə keçməsidir. Bütün bunlar hamısı 4-cü sənaye inqilabının elementləridir. 4-cü sənaye inqilabının əsas mahiyyəti bundan ibarətdir ki, insanlar maksimal cəhətdən fiziki əməyə cəlb olunmamalıdır. Müasir iqtisadiyyat insanların maksimum şəkildə ağıl və zehni əməyə cəlb edilməsini tələb edir. Fiziki işlər tədricən robotlara veriləcək. Bu da bir çox peşə sahələrinin ölməsinə gətirib çıxaracaq. Belə hesab olunur ki, yaxın 20 il ərzində 4-cü sənaye inqilabından ən çox zərər çəkən peşələr hüquqşünaslıq, mühasibat uçotluğu və müəllimlik olacaq. Çünki artıq bu istiqamətlərdə gələcəkdə robotlar çalışacaqlar. Fikir verirsinizsə, artıq bütün ali təhsil ocaqlarında imtahanlar kompüterlər götürülür və kompüterlər də nəticələri qiymətləndirir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31