Gündəm
Sabiq milli təhlükəsizlik nazirinin qardaşının məhkəməsi başlayıb
Naxçıvan Şəhər Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Biznesmənlərin həbsi qadağan edilə bilər
Rusiya Ali Məhkəməsi biznesmənlərin həbsinin qadağan edilməsini təklif edib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, təklifdə qeyd edilir ki, Cinayət Məcəlləsinin bir sıra iqtisadi maddələri ilə ittiham olunanlar - sahibkarlıq fəaliyyətində maxinasiyalara yol verənlər və çirkli pulları yumaqla məşğul olanlar həbs edilməsinlər.
PKK-çıların səs yazısı yayıldı: "Məhv oluruq…"
Türkiyə ordusunun apardığı əməliyyatlar PKK təşkilatına ağır zərbə vurub. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, son 2 ayda 1550, son 1 ildə isə 15 minə yaxın terrorçu zərərsizləşdirilib.
Rusiyada hər 10 nəfərdən biri QİÇS-lidir
Bəla Azərbaycana da keçə bilərmi? "Rusiya şokdadır"... Bu ifadə Rusiyanın kütləvi informasiya vasitələrində son günlərdə sürəkli təkrarlanır. Səbəb isə Yekaterinburq şəhərindəki situasiyadır. Bu şəhərdə QİÇS/HİV epidemiyası elan olunub. Virus şəhər sakinlərinin 1,8 faizində, yəni 27 min yekaterinburqluda aşkarlanıb. Ümumiyyətlə isə Sverdlovsk vilayəti QİÇS virusunun daşıyıcılarının sayına görə Rusiyada birinci yerdədir. Rusiyada HİV/QİÇS virusu infeksiyasının "partlayış"ları 10 regionda qeydə alınıb. Bu ölümcül, hələlik müalicəsi olmayan xəstəliyə yoluxanların təxminən yarısı hansı bəlaya düçar olduqlarından xəbərsizdir.
Cərimə meydançalarında çürüyən avtomobil sahiblərinə SON XƏBƏRDARLIQ
"İllərdir Dövlət Yol Polisinin cərimə meydançalarında sahibi tərəfindən atılmış və ya qəzalı vəziyyətdə olan yararlı və yararsız xeyli avtomobil var. Bununla bağlı DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq həmin avtomobillər sahibləri tərəfindən hələ də həmin duracaqlardan götürülmür".
Amerikalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır"
"Regionda münaqişələrin yaşanmasında və mövcud vəziyyətin qorunmasında maraqlı olan əsas qüvvə var. Buna görə də yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox da nikbin deyiləm".
İŞİD-in neft quyuları yanır - VİDEO
İŞİD-in neft quyuları yanır. Olaylar.az Trend-ə istinadən bildirir ki, İŞİD-in 2014-cü ilin iyunundan nəzarət etdiyi Mosul şəhərinin bir hissəsinin - Kayyaranın koalisiya qüvvələrinin əlinə keçməsindən sonra terror təşkilatının üzvləri ərazini tərk edərkən neft quyularını yandırıblar.
Qırğızıstanda Azərbaycan mədəniyyəti layiqincə təbliğ olunur
Azərbaycan mədəniyyəti, adət-ənənələri, zəngin tarixi irsimizin dünyaya çatdırılması istiqamətində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının əvəzsiz rolu var. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, təşkilat və qurumlarının müntəzəm olaraq təşkil etdiyi bu kimi tədbirlər Azərbaycan mədəniyyəti barədə dünya ölkələrində dəqiq, obyektiv təssürat yaradır.
Binəqədidə yanğın baş verən yaşayış binasını üzləyən şirkətin təsisçilərindən biri ifadə verib -YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanda onlayn qumarxana aşkar edildi
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Siqaret taralarının gözəl hazırlanması da reklamdır
“Bizim komitədə tanıdığım millət vəkillərinin heç biri sirqaret çəkmir. Bu elə bizim böyük uğurumuz və nümunədir”. Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında çıxışı zamanı deputat Novruzəli Aslanov deyib.
Deputat Mahir Aslanov: “Siqaret məni cana yığdı”
“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Mahir Aslanov deyib. Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o 53 il siqaret çəkib: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.
Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır
Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 3-də keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" və "Çayçılıq haqqında" qanunlarda dəyişiklik layihələri müzakirə edilərək plenar iclasa tövsiyyə olunub.
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Noyabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
İbtidai hərbi hazırlıq vətənpərvərlik hissinin vacib şərtlərindəndir
Sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.














