Siqaret taralarının gözəl hazırlanması da reklamdır

“Bizim komitədə tanıdığım millət vəkillərinin heç biri sirqaret çəkmir. Bu elə bizim böyük uğurumuz və nümunədir”. Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında çıxışı zamanı deputat Novruzəli Aslanov deyib.

"Bizim komitədə tanıdığım millət vəkillərinin heç biri sirqaret çəkmir. Bu elə bizim böyük uğurumuz və nümunədir". Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında çıxışı zamanı deputat Novruzəli Aslanov deyib. Deputat bildirib ki, ilk növbədə siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır: "Mən oturduğum otaqda bir yoldaş siqaret açdı və ortaya qoydu. O siqaretin qutusu o qədər gözəl idi ki, onun açılıb-bağlanması belə adamı cəlb edirdi. Siqaret taralarının o formada gözəl hazırlanması özü də bir reklamdır". Deputat Aydın Hüseynov çıxışı zamanı isə Milli Məclisin 1992-ci illərdəki dövrünə nəzər salaraq o zaman parlamentin plenar iclasında siqaret çəkən deputatlardan danışıb: "1992-ci ildə hətta parlamentin plenar iclaslarında deputatlar siqaret çəkirdilər. Amma bu gün nə yaxşı ki, belə hal yoxdur".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31