Gündəm
4,5 milyon rusiyalı bu bəladan əziyyət çəkir
Rusiyada 3 milyondan çox şəxs narkomaniya xəstəliyinə düçar olub. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Dumasının iclasında daxili işlər nazirinin müaviniİqor Zubov deyib.
Seçici hüquqlarının pozulduğu seçkilər
Yaxud Amerikanın “demokratik ənənəsi” Birləşmiş Ştatlıarda prezident seçkilərinə sayılı günlər qalır. Noyabrın 8-də okeanın o tayında növbəti 4 il müddətində Ağ Evə rəhbərlik edəcək şəxs müəyyən olunacaq. Seçkiöncəsi proseslərə nəzər yetirdikdə istər Respublikaçılar, istərsə də Demokratların namizədinin qələbə qazanmaq şansının yüksək olduğu görünür. Ancaq böyük ehtimalla bu dəfəki seçkilərdə Demokratların namizədi Hillari Klinton qələbə qazanacaq. Təsadüfi deyil ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp da dolayısıyla öz “məğlubiyyətini” etiraf edib. Daha dəqiq desək Donalıd Tramp bir neçə gün əvvəl bildirmişdi ki, prezident seçkilərinin saxtalaşdırlması nəticəsində Demokratlar Partiyasının namizədi Hillari Klinton Birləşmiş Ştatların 45-ci prezidenti seçiləcək. Trampın məlum açıqlaması təkcə Birləşmiş Ştatlar cəmiyyətində deyil, eləcə də digər ölkələrdə çok effekt yaradıb. Bu günə qədər dünyaya demokratiya dərsi keçən bir ölkədə keçirilən seçkilərdə saxtakarlığa yol verilməsi barədə gündəmə gələn fikirlər həm təssüf, həm də gülünc hissi doğurub.
"ABŞ terroçulardan öz məqsədi üçün istifadə edir" - Əsəd
“Moskva və Vaşinqton Suriya məsələsi üzrə razılığa gələ, terrorla mübarizədə müttəfiq ola bilmirlər”. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Serbiyanın “Politika” qəzetinə müsahibəsinə deyib.
Yeni fransalı həmsədr vəzifəsinin icrasına başlayıb
ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri Stefan Viskonti artıq vəzifəsinin icrasına başlayıb.
FİFA-dan 2018 Mundalı üçün yeni qaydalar
Ali futbol qurumu FİFA DÇ-2018-in reqlamentində bəzi dəyişikliklər edib. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, bunlarn bəzisi son Avropa çempionatında sınaqdan keçirilmişdi.
"Çovdarov dedi ki, sənə elə iynə vurduraram, ömür boyu..."
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun "MTN işi" çərçivəsində şahid qismində istintaqa ifadə verdiyi barədə və həmin ifadənin məzmunu ilə bağlı mətbuatda ilkin məlumat yayılıb.
Zövqlü olmaq istəyənlərin diqqətinə!
Əgər zövqlü geyinmək istəyirsinizsə, ətrafdakıların diqqətini çəkməyi düşünürsünüzsə o zaman aşağıdakı məsləhətlər sizə kömək edə bilər.
Məşhur aktrisa vəfat etdi
Dünən axşam saatlarında türkiyəli məşhur aktrisa Gönül Ülkü Özcan 85 yaşında vəfat edib. Əsasən teatr da fəaliyyət göstərmiş aktrisa İstanbulda evində həyatını itirib.O bir neçə il bundan öncə vəfat edən, məşhur teatr aktyoru Qazanfər Özcanın həyat yoldaşı idi.
Bunları bilirdiniz?
Bəzi qidalar var ki, onları acqarnına yemək olmaz.Amma bəzi qidalarda var ki, onlar məhz acqarnına yeyilməlidi.
Hamilə qadınlar diqqətli olsunlar!
Aparılan araşdırmalar zamanı hamilə qadınların bu dönəmdə aldıqları artıq çəkinin təkcə onlar üçün yox, doğulacaq olan uşaqlar üçün də həyatı problemi olduğu üzə çıxıb.
Daxili orqanında heroin aşkar edildi
İrandan gələn azərbaycanlı ölkəyə heroin keçirməyə cəhd edib. “Olaylar”ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
DİN-in yığma komandası üçüncü oldu
Cari il oktyabrın 26-dan 30-dək Düşənbə şəhərində Tacikistan Respublikasının dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr olunmuş beynəlxalq mini-futbol turniri keçirilib. DİN-dən verilən məlumata görə, yarışlarda Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan respublikaları Daxili İşlər nazirliklərinin yığma komandaları, həmçinin Tacikistan Respublikasının güc strukturlarının 4, Rusiya Müdafiə Nazirliyinin 1 komandası iştirak ediblər. Rusiya DİN-in yığma komandası bütün görüşlərdə qələbə qazanaraq turnirin qalibi olub. İkinci yeri Tacikistan DİN-in, 3-cü yeri isə Azərbaycan DİN-in yığma komandaları tutublar.
Şəxsiyyət vəsiqələri üçün səyyar xidmət davam etdirilir
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. DİN-dən verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər Abşeron və Yardımlı rayonlarında baş tutub. Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən ümumilikdə 1338 nəfərin, o cümlədən Abşeron rayonunun Xırdalan şəhərində və Mehdiabad qəsəbəsində 333, Yardımlı rayonunun Tahirli və Ərus kəndlərində isə 1005 şəxsin müvafiq sənədləri qəbul edilib. Bu sahədə tədbirlər davam etdirilir.
AzTU Şimali-Qafqaz Federal Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya Federasiyası Stavropol şəhərində yerləşən Şimali-Qafqaz Federal Universitetinin rektoru Alina Levitskaya və prorektoru Andrey Lixovid Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
“Bayraq yürüşü” keçiriləcək
Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır














