Şəxsiyyət vəsiqələri üçün səyyar xidmət davam etdirilir

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. DİN-dən verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər Abşeron və Yardımlı rayonlarında baş tutub. Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən ümumilikdə 1338 nəfərin, o cümlədən Abşeron rayonunun Xırdalan şəhərində və Mehdiabad qəsəbəsində 333, Yardımlı rayonunun Tahirli və Ərus kəndlərində isə 1005 şəxsin müvafiq sənədləri qəbul edilib. Bu sahədə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31