Gündəm
Axtarışda olan şəxs tutulub
Rusiyada axtarışda olan şəxs Azərbbaycanda saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olan Asif Nəbiyev tutulub.
Astara sakinindən tapança götürülüb
Astara sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Mahir Məmmədovdan "Makarov" markalı tapança aşkar edilərək götürülüb. Həmçinin Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən 6-cı mikrorayon ərazisində yerləşən parkdan "Naqan" tipli tapança aşkar edilərək götürülüb.
Uşaq hüquqlarına həsr olunmuş konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Yevlax şəhərində ”Uşaq hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, şəhərin təhsil və mədəniyyət işçiləri iştirak ediblər. Konfransı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq bildirib ki, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda uşaqların hüquqlarının qorunmasına dair müddəalar təsbit olunub və uğurla icra edilməkdədir.
Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ADMİU-nin elmi şurasının qərarı ilə, təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verilib. Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilmişdir. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.
ADDA Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edilib
Vyetnamın Hayfonq şəhərində Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının illik konfransı keçirilib. “OLAYLAR”-ın ADDA-ya istinadən verdiyi xəbərə görə, konfrans Assosiasiyaya üzv olan 60 dənizçilik ali təhsil müəssisəsinin ekspertlərini və rəsmi nümayəndələrini bir araya toplayıb.
Türkiyə səfiri Miqrasiya Xidmətində olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Dünya Bankı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Dünya Bankı bu sahədə islahatlara qarşıdakı dövrdə də dəstək vermək niyyətindədir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının pensiya üzrə missiyası ilə görüş keçirilib. Missiyaya Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi, tapşırıq qrupunun rəhbəri xanım Asta Zviniene, baş iqtisadçı Zoran Anusic, səhiyyə üzrə baş mütəxəssis xanım Elvira Anadolu daxildir. Görüşdə həmçinin Dünya Bankının ölkə ofisindən Səbinə Quliyeva da iştirak edib.
47 sahibkara 491 min manat güzəştli kredit verilib
Noyabrın 3-də Lənkəran rauonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, formda Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
On ayda əlillər 29 minə yaxın protez-ortopedik məmulatla təmin olunub
Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işlərini davam etdirib.
Gürcülərlə azərbaycanlılar arasında kütləvi DAVA: Ölənlər var
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava düşüb.
Ruslar üç ölkəni birdən tutacaq və nüvə silahını göstərib deyəcək: “Döyüşək?”
Rusiyanın Baltik və Şərqi Avropa ölkələrinə qarşı mümkün hərbi müdaxiləsi barədə Qərbdə narahatlıqlar getdikcə artır. Hərbi mütəxəssislər və analitiklər Rusiyanın Baltik ölkələrinə hərbi müdaxiləsi təhlükəsinin tamamilə real olduğunu deyirlər. Üstəlik təhlillər göstərir ki, həmin ölkələr NATO üzvü olsalar da alyans onlara köməyə yetişə biləyəcək. NATO-da qərarların qəbulunun mürəkkəb və üzücü mexanizmi ruslara imkan verəcək ki, müttəfiqlərin qüvvələri köməyə yetişənə qədər Baltik ölkələrini zəbt etsin.
Şagirdlərinin intim yerlərinə toxunan müəllim- AZADLIQDA
Türkiyədə şagirdlərinin intim yerlərinə toxunan müəllimin məhkəməsi keçirilib. Milli.Az "Haberler"ə istinadən xəbər verir ki, o, sərbəst buraxılıb.
FETÖ-çülərin kütləvi qaçış planı baş tutmadı
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndiriləm Fəthullah Gülən hərəkatının həbs edilmiş üzvləri qaçış planı hazırlayıblar.
Nardaran ziyarətgahının qazı niyə kəsilib? - RƏSMİ CAVAB
"Azəriqaz" İstehsalat Birliyi Nardaran qəsəbəsində fəaliyyət göstərən "Rəhimə xanım" ziyarətgahına təbii qazın verilişinin dayandırılması barədə məsələyə münasibət bildirib.
London məhkəməsindən "Brexit"lə bağlı QADAĞA
Bu gün London Yüksək Məhkəməsi Böyük Britaniya hökumətinin Avropa İttifaqından çıxmaq (Brexit) proseduruna başlamasını qadağan edən qərar qəbul edib. Olaylar.az APA-ya istinadən bildirir ki, məhkəmənin qərarına əsasən hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə həyata keçirmək hüququna malik deyil və bunun üçün parlamentin qərarı lazımdır.














