ADDA Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edilib
Vyetnamın Hayfonq şəhərində Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının illik konfransı keçirilib. “OLAYLAR”-ın ADDA-ya istinadən verdiyi xəbərə görə, konfrans Assosiasiyaya üzv olan 60 dənizçilik ali təhsil müəssisəsinin ekspertlərini və rəsmi nümayəndələrini bir araya toplayıb.
3 Noyabr 2016 16:09 SosialVyetnamın Hayfonq şəhərində Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının illik konfransı keçirilib. "OLAYLAR"-ın ADDA-ya istinadən verdiyi xəbərə görə, konfrans Assosiasiyaya üzv olan 60 dənizçilik ali təhsil müəssisəsinin ekspertlərini və rəsmi nümayəndələrini bir araya toplayıb. Tədbirdə Assosiasiyaya yeni qoşulan ali təhsil müəssisələrinin adları açıqlanlb, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasına Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvlük sertifikatı təqdim olunub. Təqdimat mərasimində ADDA-nın prorektoru Əlimərdan Quliyev iştirak edib. O, çıxışında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ADDA-nın rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq, Akademiyanın tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elmi nailiyyətləri haqqında məlumat verib. Əlimərdan Quliyev belə beynəlxalq tədbirlərin və görüşlərin qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində əhəmiyyətli rolunu vurğulayıb.