Gündəm
Bakıda piyada keçidlərinin sayı artırılacaq
Paytaxtda inşa edilən piyada keçidlərinin sayı artacaq. Olaylar.az xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Bakıda məişət tullantılarından hazırlanan rəsm əsərlərinin sərgisi təşkil edilib
Azərbaycan Rəssamlar İttifaqında “Azərsun Holdinq”in dəstəyi ilə “The İnternational School of Azerbaijan” məktəbinin şagirdlərinin 5-ci illik “Təkrar dizayn etmək” adlı rəsm sərgisi təşkil edilib. Dövlət rəsmiləri, ictimai xadimlər, ABŞ-nın ölkəmizdəki səfiri və digər xarici diplomatik nümayəndəliklərin rəhbər şəxslərinin də qatıldığı tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuridət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qırğızıstan parlamentində koalisiya yaradılıb
Qırğızıstan parlamentində üç fraksiyadan ibarət koalisiya yaradılıb. "Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) fraksiyasının katibliyindən RİA "Novosti"yə məlumat verilib.
İraq ordusu Mosula girdi
İraq Silahlı Qüvvələri 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul şəhərinə daxil olub. Olaylar.az bildirir ki, bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir. CNN telekanalına açıqlama verən İraq Müdafiə Nazirliyinin mətbuat katibi Tahsin İbrahim bu xəbəri təsdiq edib.
Azərbaycanda virus infeksiyalarına görə vəziyyət tam sabitdir- AÇIQLAMA
"Hazırda Azərbaycanda kəskin resperator virus infeksiyalarına görə vəziyyət tam sabitdir. Hətta ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma da müşahidə olunub”. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Bakıda keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsində təxminən 3 minə yaxın müəllim iştirak edəcək. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.
Aralıq dənizində faciə: 239 ölü
Aralıq dənizində mühacirləri aparan iki gəmi batıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, gəmilər Liviya sahillərində batıb. Hadisə nəticəsində 239 mühacirin həlak olduğu bildirilir.
Trampın oğlu: "ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var"
ABŞ-da prezidentliyə namizəd Donald Trampın oğlu Erik Tramp prezident seçkilərində Federal Təhqiqat Bürosunun apardığı istintaq işində adı hallanan namizədin (Hillari Klintonu nəzərdə tutur-red.) seçki marafonunda iştirakını yolverilməz hesab edir.
Təhsil İdarəsi: Bakıdakı 135 məktəbə istilik noyabrın 15-dən veriləcək
"Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Azəristiliktəchizat" ASC-yə bu il paytaxtda fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətinə müsbət rəy verilib. Noyabrın 1-dən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib".
Mahsun Kırmızıgül hambal oldu
Məşhur türk müğənnisi Mahsun Kırmızıgül üç illik fəsilənin ardından yeni filmini təqdim etməyə hazırlaşır. “Vezir Parmağı” adlanan filmin çıkilişləri artıq bitib.Kırmızıgül bu filmində Hamdullah adlı hambalı canlandırır. Zəngin aktyor heyətinə malik olan film 27 – yanvarda tamaşaçıların ixtiyarına veriləcək.
Orta məktəblərdə şagirdlərə vətənpərvərlik hissi aşılanır
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində sistemli şəkildə, davamlı olaraq tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Sevindirici haldır ki, bu işdə istər müvafiq dvlət qurumları, istər yerli icra hakimiyyətləri, istərsə də qeyri-hökumət təşkilatları aktivlik nümayiş etdirirlər. Belə tədbirlərdən biri bu günlərdə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilib. Belə ki, nazirliyin 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Sumqayıt şəhərində, Sabunçu, Nərimanov və Yasamal rayonlarında çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirilib. Hərbi xidmətə çağırış kampaniyası dövründə təşkil edilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan edilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Keçirilən tədbirlərdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov və digər natiqlər vətənpərvərlik mövzusunda çıxış edərək, tədbirin məqsədi və əhəmiyyətindən, Azərbaycan dövlətçiliyinin inkişafında, müstəqilliyin qorunub saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən, məktəblilərin hərbi-fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən danışıb, gənclərə öz tövsiyyələrini bildirdirmiş, hərbi xidmətə yolasalınan gənclərə isə uğurlar arzulayıblar.
Ərdoğan: "Bunun üçün Suriyadayıq, İraqdayıq"
Kimsə Türkiyədə əməliyyat apara bilməz. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Deputat "siyasi məhbus" terminini isifadə edənləri- QINADI
“Bəzi qüvvələr Azərbaycana qarşı qara yaxma kampaniyası həyata keçirmək niyyəti ilə indidə siyasi məhbus terminini ortaya çıxarıblar. Amma əslində onların dedikləri həqiqət deyil. Çünki Azərbaycanda “siyasi məhbus” yoxdur”. BunuSİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Azərbaycan multikulturalizmi ABŞ mətbuatında
Bugünlərdə ABŞ-ın “Eurasia review- təhlil və xəbərlər jurnalı”nda və “Foreign policy news” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycan Gənc Dostları Klubu” İctimai Birliyinin İdarə Heyətinin fəxri üzvü Peter Teysin Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərs olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yazının tam mətninin tərcüməsini oxuculara təqdim edir.














