Trampın oğlu: "ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var"

ABŞ-da prezidentliyə namizəd Donald Trampın oğlu Erik Tramp prezident seçkilərində Federal Təhqiqat Bürosunun apardığı istintaq işində adı hallanan namizədin (Hillari Klintonu nəzərdə tutur-red.) seçki marafonunda iştirakını yolverilməz hesab edir.

Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Erik Tramp "Fox News"-a açıqlamasında bildirib.

"Bu, inanılmaz faktdır. Ölkəmizdə ona qarşı araşdırmaların aparıldığı və hətta cinayət işinin qaldırıla biləcəyi prezidentliyə namizəd var", - deyə Trampın oğlu qeyd edib.

O vurğulayıb ki, ABŞ cəmiyyətinə belə maneələr lazım deyil, çünki ölkə daxilində işsizlik problemi, səhiyyə, təhsil sistemində problemlər, eləcə də orduda ciddi nöqsanlar var.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərin noyabrın 8-də keçiriləcək. Prezidentlik uğrunda Donald Tramp və Hilari Klinton mübarizə aparırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31