Deputat "siyasi məhbus" terminini isifadə edənləri- QINADI

“Bəzi qüvvələr Azərbaycana qarşı qara yaxma kampaniyası həyata keçirmək niyyəti ilə indidə siyasi məhbus terminini ortaya çıxarıblar. Amma əslində onların dedikləri həqiqət deyil. Çünki Azərbaycanda “siyasi məhbus” yoxdur”. BunuSİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.  

"Bəzi qüvvələr Azərbaycana qarşı qara yaxma kampaniyası həyata keçirmək niyyəti ilə indidə siyasi məhbus terminini ortaya çıxarıblar. Amma əslində onların dedikləri həqiqət deyil. Çünki Azərbaycanda "siyasi məhbus" yoxdur". BunuSİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.  

Ümumiyyətlə, hüquqda belə bir anlayışın olmadığını dilə gətirən millət vəkili  söyləyib ki, cinayət törədib, buna görə cəza çəkənlər var  ki, onların da bir qrupu Azərbaycan prezidentinin humanizmi nəticəsində əfv ediliblər: "Hazırda həmin şəxslər fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan anti-azərbaycançı mərkəzlərin sifarişi əsasında ölkədə sabitliyi pozmağa cəhd edənlərin fikri bizim üçün maraqlı deyil.  Hazırda Azərbaycan inkişaf edir və iqtidarı ölkəmizi yeni uğurlara aparır. Xalq da iqtidarı dəstəkləyir".

"Siyasi  məhbus" termini istifadə edənləri qınayan R. Rzayev qeyd edib ki,  Azərbaycanda mövcud olan müxalifət daxildə hakimiyyət uğurunda mübarizə  aparmağa adətkar olub: "Vaxtilə onların ucbatından Azərbaycan 20 faiz ərazisini itirdi. O zaman ölkəmizin müstəqil dövlət kimi inkişafını düşünmək əvəzinə hakimiyyət uğrunda mübarizə apardılar və nəticədə Ermənistan torpaqlarımızı  işğal etdi.  Bu gün də müxalifət ortaya yenilik qoya bilmədiyi üçün fəaliyyətini eyni istiqamətdə davam etdirir. Lakin onlar anlamalıdır ki, Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün də uğurla davam etdirilən uzaqgörən siyasətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31