Qırğızıstan parlamentində koalisiya yaradılıb
Qırğızıstan parlamentində üç fraksiyadan ibarət koalisiya yaradılıb. "Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) fraksiyasının katibliyindən RİA "Novosti"yə məlumat verilib.
3 Noyabr 2016 17:07 DünyaQırğızıstan parlamentində üç fraksiyadan ibarət koalisiya yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) fraksiyasının katibliyindən RİA "Novosti"yə məlumat verilib.
Bildirilib ki, koalisiya çoxluğuna üç parlament fraksiyası - QSDP, Bir-Bol və "Kırqızıstan" daxil olub.
Ümumiyyətlə, Qırğızıstan Prezidenti Almazbek Atambayevin yaratdığı QSDP daha əvvəl parlamentdəki koalisiyadan çıxdığını və koalisiyanın ləğv olunduğunu elan edib.
Xatırladaq ki, ölkə prezidentinin müvafiq fərmanına əsasən, noyabrın 17-dək yeni hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunmalı, baş nazir namizədi irəli sürülməlidir.