Gündəm
Deputatdan ölüm və kütləvi dava xəbərlərinə REAKSİYA
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib. Məlumata görə, Marneulinin mərkəzi bazarında azərbaycanlı qadın Məlahət Məmmədova vəfat edib. Onun döyülərək öldürüldüyü iddia edilir.
Erməni nazir əhalidən xahiş etdi: "Bir ay da dözün"
Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyanjurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: "Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid yaxşı şeydir. Çünki ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq".
Bu gün Bakı metrosu gecə saat 01:00-dək işləyəcək
Bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-dək uzadılıb. SİA-nın məlumatına görə, bu addım “Qəbələ” futbol klubunun rəhbərliyinin “Bakı Metropoliteni” QSC-yə müvafiq müraciətindən sonra atılıb.
Prezident İlham Əliyev 1.6 milyon manat pul ayırdı
Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bakıda dini ədəbiyyat, mal və məmulatların satışı ilə bağlı reyd keçirilib
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhərinin Sabunçu, Nizami, Xətai, Nəsimi və Suraxanı rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 9 mağazada daha bir reyd keçirib.
Erməni tarixşünaslığının şah damarını kəsən əsər
Bu günlərdə professor Əjdər Tağıoğlunun (İsmayılovun) "Erməni xalqının saxta "tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı "Elm və təhsil” nəşriyyatından nəfis şəkildə çapdan çıxıb.
Evli kişidən Xumar Qədimovaya sevgi məktubu: "... cəsarətim çatmadı"
Primetime.az-ın redaksiyasına Xumar Qədimovayla bağlı məktub ünvanlanıb. Bakının Qaraçuxur qəsəbəsində yaşayan 39 yaşlı Zirəddinin ürək sözlərini ixtisar etmədən yayımlayır:
"Düşmən layiq olduğu cavabı alacaq" - General Aydəmirov
Erməni işğalçılarının son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməsi onlar üçün böyük fəlakətə səbəb ola bilər.
Yasamalda minaatan mərmisi aşkar edilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsində qazıntı işləri aparılan əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri ilə birgə baxış keçirilib.
Karasin: "Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil"
Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil. APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, son 4 ildə ikitərəfli əlaqələri sağlamlaşdırmaq mümkün olub: “Rusiya Gürcüstanın əsas xarici iqtisadi tərəfdaşları siyahısına düşüb, nəqliyyat əlaqələri normallaşıb, ənənəvi humanitar, mədəni əlaqələr inkişaf edir. Yəni iki xalqının maraqları çərçivəsində irəliləyişlər əldə olunub. Lakin digər tərəfdən, Gürcüstan tərəfi yenə də Rusiya ilə 2008-ci ilin sentyabrında pozduğu diplomatik münasibətləri bərpa etməyə hazır deyil. Rəsmi Tbilisi mütəmadi olaraq ölkəmizə qarşı ritorikalar səsləndirir. Bu, yumşaq desək, yuxarıda sadaladığım müsbət irəliləyişə dayanıqlılıq gətirmir”.
XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyev sağ-salamatdırlar
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində ata-analarının qəbrini ziyarət edərkən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi daim dövlətimizin başçısının, Xarici İşlər Nazirliyinin və digər aidiyyəti qurumların diqqətindədir.
MKİ-nin keçmiş analitiki: "Klinton seçiləcəyi təqdirdə..."
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Hillari Klintonun Cənubi Qafqazla bağlı mövqeləri kəskin fərqlənir.
Məhəbbət Vəliyeva: “Şagirdlərə qarşı kobud hərəkət edən müəllimlər cəzalandırılacaq”
Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə müəllimlərin şagirdləri cəzalandırması hallarına münasibət bildirib. APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır. Onun sözlərinə görə, təhsil naziri tərəfindən 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalanıb: "Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsidir. Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir.
Rusiyada “geydirmə” krossovka satan azərbaycanlını 2 il həbs gözləyir
Rusiyada dəmiryol vağzalında krossovka satışı ilə məşğul olan Azərbaycan vətəndaşı həbs oluna bilər. Biznesmen yüzdən çox saxta ayaqqabını “brend” adı altında satmaqda günahlandırılır.
Ermənistan əhalisi 634,7 min nəfər azalıb
Ermənistan əhalisinin sayı açıqlanıb. Ermənistan KİV xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2993900 nəfər sakini var.














