Bu gün Bakı metrosu gecə saat 01:00-dək işləyəcək

Bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-dək uzadılıb. SİA-nın məlumatına görə, bu addım “Qəbələ” futbol klubunun rəhbərliyinin “Bakı Metropoliteni” QSC-yə müvafiq müraciətindən sonra atılıb.

Bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-dək uzadılıb. SİA-nın məlumatına görə, bu addım "Qəbələ" futbol klubunun rəhbərliyinin "Bakı Metropoliteni" QSC-yə müvafiq müraciətindən sonra atılıb.

Xatırladaq ki, bu axşam "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində 8-ci km stadionunda Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31