Rusiyada “geydirmə” krossovka satan azərbaycanlını 2 il həbs gözləyir
Rusiyada dəmiryol vağzalında krossovka satışı ilə məşğul olan Azərbaycan vətəndaşı həbs oluna bilər. Biznesmen yüzdən çox saxta ayaqqabını “brend” adı altında satmaqda günahlandırılır.
3 Noyabr 2016 17:31 DünyaRusiyada dəmiryol vağzalında krossovka satışı ilə məşğul olan Azərbaycan vətəndaşı həbs oluna bilər. Biznesmen yüzdən çox saxta ayaqqabını "brend" adı altında satmaqda günahlandırılır.
Virtualaz.org xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Məlum oldu ki, yalançı biznesmen Zlatoust dəmiryol vağzalının yanında öz mallarını satışa çıxarıb. O, tanınmış firmaların məhsullarını saxtalaşdıraraq xeyli gəlir əldə edib.
Sahibkardan yüz cütdən artıq ayaqqabı götürülüb və onun vurduğu ziyanın miqdarı təxminən 600 min rubl dəyərindədir.
Faktla bağlı cinayət işi başlanılıb və azərbaycanlı biznesmen iki il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.