Yasamalda minaatan mərmisi aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsində qazıntı işləri aparılan əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri ilə birgə  baxış keçirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı ərazidən 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar edilib. Aşkarlanan mərmi zərərsizləşdirilməsi üçün FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31