Ermənistan əhalisi 634,7 min nəfər azalıb
Ermənistan əhalisinin sayı açıqlanıb. Ermənistan KİV xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2993900 nəfər sakini var.
3 Noyabr 2016 17:29 DünyaErmənistan əhalisinin sayı açıqlanıb.
Ermənistan KİV xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2993900 nəfər sakini var.
Məlumata görə, bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə Ermənistan əhalisinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub.
Ümumiyyətlə, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan əhalisinin sayı 634,7 min nəfər azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31