Türkiyə səfiri Miqrasiya Xidmətində olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfir Erkan Özoralı təyinatı münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanla Türkiyə dövlətləri arasında mövcud olan səmimi, qardaş münasibətdən danışıb. Bildirilib ki, tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın ölkələrdir. Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və əminlik ifadə olunub ki, bu səylər bundan sonra da davam etdiriləcək. F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31