Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ADMİU-nin elmi şurasının qərarı ilə, təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verilib. Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilmişdir. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.
3 Noyabr 2016 16:11 SosialCəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ADMİU-nin elmi şurasının qərarı ilə, təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verilib. Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilmişdir. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.