Gürcülərlə azərbaycanlılar arasında kütləvi DAVA: Ölənlər var
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava düşüb.
3 Noyabr 2016 15:55 KriminalGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava düşüb.
Olaylar.az bakipost.az-a istinadən xəbər verir ki, hadisə dünən baş verib. Svan mənşəli gürcülərlə düşən davada 1 nəfər gürcü oğlan öldürülüb. Dava ətrafdakıların müdaxiləsi ilə dayandırılıb.
Svan mənşəli şəxslər isə azərbaycanlılara cavab olaraq bu gün hücuma keçiblər. Nəticədə Marneuli bazarında bir qadın soydaşımız vəhşicəsinə döyülərək öldürülüb. Ətrafda olan şəxslərdən heç kim qadına köməklik göstərməyib.
Qeyd edək ki, Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra azərbaycanlılara qarşı təzyiqlər başlayıb. Buna səbəb kimi hakim Gürcü Arzusu Partiyasının soydaşlarımızdan dəstək ala bilməməsi göstərilir. Hətta dünən 36-cı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşƏhməd İmanquliyevin həyatına qəsd olunacağıyla bağlı məlumatlar yayılmışdı. Daha sonra isə həmyerlimizin polis tərəfindən saxlanıldığı bildirildi.