AzTU Şimali-Qafqaz Federal Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya Federasiyası Stavropol şəhərində yerləşən Şimali-Qafqaz Federal Universitetinin rektoru Alina Levitskaya və prorektoru Andrey Lixovid Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya Federasiyası Stavropol şəhərində yerləşən Şimali-Qafqaz Federal Universitetinin rektoru Alina Levitskaya və prorektoru Andrey Lixovid Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov Universitet haqqında ətraflı məlumat verib və son illər yaradılan şəraitlə qonaqları tanış edib. Alina Levitskaya isə öz nöbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Daha sonra hər iki universitet nümayəndələrinin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə təcrübə mübadiləsi, elmi-metodiki konfranslar, müştərək layihələr, texnika, təhsil sahələrində elmi-tədqiqat işlərinin təşkili, müəllim-tələbə, magistr və doktorantların mübadiləsi nəzərdə tutulub. Sonda qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olaraq Xatirə Kitabına ürək sözlərini yazıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31