Seçici hüquqlarının pozulduğu seçkilər
Yaxud Amerikanın “demokratik ənənəsi” Birləşmiş Ştatlıarda prezident seçkilərinə sayılı günlər qalır. Noyabrın 8-də okeanın o tayında növbəti 4 il müddətində Ağ Evə rəhbərlik edəcək şəxs müəyyən olunacaq. Seçkiöncəsi proseslərə nəzər yetirdikdə istər Respublikaçılar, istərsə də Demokratların namizədinin qələbə qazanmaq şansının yüksək olduğu görünür. Ancaq böyük ehtimalla bu dəfəki seçkilərdə Demokratların namizədi Hillari Klinton qələbə qazanacaq. Təsadüfi deyil ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp da dolayısıyla öz “məğlubiyyətini” etiraf edib. Daha dəqiq desək Donalıd Tramp bir neçə gün əvvəl bildirmişdi ki, prezident seçkilərinin saxtalaşdırlması nəticəsində Demokratlar Partiyasının namizədi Hillari Klinton Birləşmiş Ştatların 45-ci prezidenti seçiləcək. Trampın məlum açıqlaması təkcə Birləşmiş Ştatlar cəmiyyətində deyil, eləcə də digər ölkələrdə çok effekt yaradıb. Bu günə qədər dünyaya demokratiya dərsi keçən bir ölkədə keçirilən seçkilərdə saxtakarlığa yol verilməsi barədə gündəmə gələn fikirlər həm təssüf, həm də gülünc hissi doğurub.
3 Noyabr 2016 15:27 DünyaYaxud Amerikanın "demokratik ənənəsi"
Birləşmiş Ştatlıarda prezident seçkilərinə sayılı günlər qalır. Noyabrın 8-də okeanın o tayında növbəti 4 il müddətində Ağ Evə rəhbərlik edəcək şəxs müəyyən olunacaq. Seçkiöncəsi proseslərə nəzər yetirdikdə istər Respublikaçılar, istərsə də Demokratların namizədinin qələbə qazanmaq şansının yüksək olduğu görünür. Ancaq böyük ehtimalla bu dəfəki seçkilərdə Demokratların namizədi Hillari Klinton qələbə qazanacaq. Təsadüfi deyil ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp da dolayısıyla öz "məğlubiyyətini" etiraf edib. Daha dəqiq desək Donalıd Tramp bir neçə gün əvvəl bildirmişdi ki, prezident seçkilərinin saxtalaşdırlması nəticəsində Demokratlar Partiyasının namizədi Hillari Klinton Birləşmiş Ştatların 45-ci prezidenti seçiləcək. Trampın məlum açıqlaması təkcə Birləşmiş Ştatlar cəmiyyətində deyil, eləcə də digər ölkələrdə çok effekt yaradıb. Bu günə qədər dünyaya demokratiya dərsi keçən bir ölkədə keçirilən seçkilərdə saxtakarlığa yol verilməsi barədə gündəmə gələn fikirlər həm təssüf, həm də gülünc hissi doğurub.
Strateji Araşdırmalar İnstitutunun rəhəri, politoloq Ramiz Alıyev deyib ki, Birləşmiş Ştatlarda seçki saxtakarlığı barədə prezidentliyə namizəd Donald Trampın səsləndirdiyi fikirlər heç də təccüb doğurmamalıdır. Onun sözlərinə görə, Birləşmiş Ştatların seçki mühiti ümumilikdə demokratiyadan çox-çox uzaqdır: "Təkcə bu seçkilər deyil, eləcə də bundan əvvəlki serçkilər zamanı da Birləşmiş Ştatlarda seçki saxtakarlığı mövcud olub. Oğul Corc Buşun seçki mübarizəsinə qoşulduğu zaman da anoloji hadisə qeydə alınıb. Belə ki, Corc Buş o zaman rəqibindən kifayət qədər az səs toplasa da, lakin nəticələr onun xeyrinə sənədləşdirildi və Ağ Evə məhz Buş rəhbərlik etdi. Eləcə də bundan sonra və əvvəl baş tutan seçkilərdə də ciddi şəkildə saxtakarlıqlar baş verib". Ramiz Alıyev deyir ki, dünyaya demokratiya dərsi keçən Birləşmiş Ştatların seçki mühitində qeydə alınan ən neqativ və bağışlanmaz hal seçicilərin səsvermə hüququnun məhdudlaşdırılmasıdır: "Məlumdur ki, Birləşmiş Ştatlarda vergi borcu olan və müxtəlif cinayətlər törədərək həbs olunan şəxslər səsvermə hüququndan məhrumdurlar. Statistikaya və onların sosial tərkibinə nəzər yetirdikdə aydın olur ki, həmin qəbildən olan insanların 90 faizdən çoxunu Birləşmiş Ştatların qaradərili vətəndaşları. eləcə də kasıb, yoxsul təbəqə təşkil edir. Bu da açıq-aşkar Birlıəşmiş Ştatlarda insan hüquqlarının pozulması, vətəndaşın seçib-seçilmək hüququnun əlindən alınmnası deməkdir. Məgər addım başı insan hüquq və azadlıqlarının qorunmasından danışan Birləşmiş Ştatların öz vətəndaşlarına qarşı tətbiq etdiyi bu məhdudiyyətlər insan hüquq və azadlıqlarının pozulması demək deyil? Yaxud digər bir məqam Birləşmiş Ştatlarda keçirilən prezdient seçkilərində beynəlxalq müşahidəçilərin olduqca məhdud sayda iştirak etməsi ilə bağlıdır. Bir qayda olaraq sivil, demokratik ölkələr bu və ya digər seçki keçirərkən ölkəyə daha çox beynəlxalq müşahidəçinin gəlməsinə maraqlı olur və bütün beynəlxalq təşkilatlara dəvət göndərir. Ancaq biz Birləşmiş Ştatlarda bunun əksini görürük. Yəni, bu ölkədə məhdud sayda müşahidəçi seçkiləri izləyir. Bu da onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar seçkilərdə yol verilən saxtakarlıqların beynəlxalq səviyyədə ictimailəşdirilməsini istəmir. Bu səbəbdən də okeanın o tayında keçirilən seçkilərdə məhdud sayda müşahidəçi iştirak edir". Ramiz Alıyevin sözlərinə görə, bu Birləşmiş Ştatlarda seçkilərin taleyinin xalq tərəfindən müəyyən edilmədiyinin əyani sübutudur və bundan sonra rəsmi Vaşinqtonun hər hansı bir ölkədən demokratik seçki, prinsiplər tələb etməsi absurddur: "Çünki Birləşmiş Ştatların özü müəyyən irad tutduğu ölkələrdən demokratiya öyrənməlidir". Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlarda bu və ya digər seçkilərin taleyini bir qayda olaraq iri burjuaziya həll edir: "Məhz onların müəyyən etdiyi, dəstəklədiyi namizədlər seçki prosesinə qatılır. Seçkidə qələbə qazandıqdan sonra isə bir qayda olaraq prezident xalqın deyil, məhz onu bu posta gətirənlərin sözünü deyir, onların tapşırıqlarını icra edir: "Əgər Birləşmiş Ştatlarda prezident xalqın sözünü eşidib ona əməl etsəydi indi nə Əfqanıstan, nə İraq, nə də digər müsəlman ölkələri xarabalığa çevrilməzdi. Prezidentin məhz onu Ağ Evə təyin edən burjuaziyanın sözünü deməsinin göstəricisidir ki, bu gün Amerika silahları Yaxın Şərqdə minlərlə insanın həyatına son qoyur". Ramiz Alıyev hesab edir ki, noyabrın 8-də baş tutacaq prezident seçkiləri ilə Birləşmiş Ştatların yalançı demokratiya oyunu bir daha faş ediləcək və bundan sonra Vaşinqton istədiyi kimi demokratiya dərsi keçə bilməyəcək.
Süleyman