Amerikalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır"

"Regionda münaqişələrin yaşanmasında və mövcud vəziyyətin qorunmasında maraqlı olan əsas qüvvə var. Buna görə də yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox da nikbin deyiləm".

"Regionda münaqişələrin yaşanmasında və mövcud vəziyyətin qorunmasında maraqlı olan əsas qüvvə var. Buna görə də yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox da nikbin deyiləm".

Olaylar.az bildirir ki, bunu report-a açıqlamasında "Atlantik Şurası" analitik mərkəzinin transatlantik əlaqələr proqramının direktoru Frensis Barvell (Frances Burwell) deyib.
Onun sözlərinə görə, regionda qeyri-sabitlikdə maraqlı olan əsas güc Rusiyadır.
Xanım F.Barvell NATO və Avropa İttifaqının diqqətinin hazırda başqa məsələlərə yönəldiyini qeyd edib: "Hazırda Avropanın üzləşdiyi problemləri nəzərə alsaq, Aİ yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli iqtidarında deyil", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31