Deputat Mahir Aslanov: “Siqaret məni cana yığdı”
“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Mahir Aslanov deyib. Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o 53 il siqaret çəkib: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.
3 Noyabr 2016 14:16 Sosial"Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir". Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Mahir Aslanov deyib. Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o 53 il siqaret çəkib: "Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır".