NATO-nun sabiq baş katibindən Obamaya İTTİHAM

NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qətiyyətsizlikdə ittiham edib. Olaylar.az APA-ya istinadən bildirir ki, "Sky News"a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: "ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır".  

NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qətiyyətsizlikdə ittiham edib.

Olaylar.az APA-ya istinadən bildirir ki, "Sky News"a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: "ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır".
 
A. F. Rasmussen Donald Trampın ABŞ-da prezidentlik postuna gəlməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu cür ssenari çox təhlükəli ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31