İŞİD lideri Türkiyəni "ateistlərin müttəfiqi" adlandırdı

"İslam dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi  tərəfdarlarını Mosuldan çəkilməməyə və İraq ordusuna qarşı müqavimət göstərməyə çağırıb. Olaylar.az modern.az-a istinadən bildirir ki, bu haqda "Frans Press" agentliyi məlumat yayıb.

"İslam dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi  tərəfdarlarını Mosuldan çəkilməməyə və İraq ordusuna qarşı müqavimət göstərməyə çağırıb.

Olaylar.az modern.az-a istinadən bildirir ki, bu haqda "Frans Press" agentliyi məlumat yayıb.
 
Bu, 17 oktyabrdan, yəni Mosulda hərbi əməliyyatlar başlayandan sonra Bağdadinin ilk bəyanatıdır.
 
İŞİD rəhbəri terrorçuları Mosulu tərk etməməyə,  Türkiyəyə hücuma da çağırıb. "Çünki Türkiyə ateistlərin müttəfiqidir", - deyə o əlavə edib.
 
Qeyd edək ki, Bağdadinin harada qaldığı məlum deyil. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, bu məlumatlar sonradan öz təsdiqini tapmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31