Gündəm
"WhatsApp"da çılpaq şəkli yayılan məmur işdən qovuldu
"WhatsApp" və "Facebook"da Edirnenin Karaağaç məhəlləsinin muxtarı Agah Korkana aid olduğu iddia edilən çılpaq şəkil yayılıb.
Yeni yaşayış məntəqələri yaşıllıqla təmin olunacaq
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilib Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərin edilməsinə dair qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. “OLaylar” xəbər verir ki, dəyişikliyə əsasən, müfəssəl planda yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parklar nəzərdə tutula bilər.
Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər edilib
"Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, dəyişikliklə emitentin emissiya prospektinin tərtib edilməsindən azad edilməsində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən, hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olduqda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır.
“Lisenziyalar və icazələr haqqında” qanun yeniləndi
Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq. “Olaylar” xəbər verir ki, Milli məclisin iclasında “Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub. Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir. Müzakirələrdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır. Layihə səsə qoyularaq qəbul olunub.
Donald Trampın prezident seçilməsi Azərbaycanın xeyrinə olacaq
Ekspert: “Hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır” Nəhayət ABŞ-da keçirilən prezident seçkiləri sona çatdı. ABŞ cəmiyyəti özünün 45-si prezidenti ilə bağlı mövqeyini ortaya qoydu. Seçkilərin yekunu olaraq milyarder, eyni zamanda, şəxsiyyəti və fəaliyyəti ilə bağlı ziddiyətli fikirlər səsləndirilən Donald Tramp prezident kürsünə yüksəldi. Bizim üçün maraqlı orasıdır ki, Amerikada Donald Trampın prezident seçilməsi ABŞ- Azərbaycan münasibətinə necə təsir edəcək?
Həbsdəki general istintaqda azərbaycanlı oliqarxların adını çəkdi
Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Baş idarəsinin keçmiş rəisi, 2014-cü ilin mayında həbs olunan general-leytenant Denis Suqrobovun işi üzrə istintaq materialları yayılıb.
Rus mafiya liderinin adamları Rusiyadan qaçdı
Rus mafiyasının lideri Zaxariya Kalaşovun (Şakro Molodoy) yaxın ətrafı Rusiyanı tərk edib.
BMT "Ərəb baharı"nın vurduğu ziyanın məbləğini açıqladı
BMT-nin Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasının apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2011-2015-ci illərdə "Ərəb baharı" ucbatından Yaxın Şərqdə iqtisadi artıma 614 milyard dollar və ya region üzrə ÜDM-in 6 faizi həcmində ziyan dəyib.
"Putin və Tramp bənzəyirlər"
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın siyasi mövqelərinin bir-birinə bənzədiyini deyib. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, Peskov Putinin "Valday Forumunda"kı çıxışı ilə Trumpın son açıqlamalarını müqayisə edib.
Məhkəmədən Ajda Pekkan qərarı
Ajda Pekkan ilə iş adamı Edib Şakru arasında yaranan məhkəmə çəkişməsi davam edir. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 prosesə qatılmayan sənətçi barədə qərar qəbul edilib. Belə ki, ifaçı məhkəməyə məcburən gətiriləcək.
Bölgələrdə 650 min nəfəri əhali fasiləsiz içməli su ilə təmin olunub
2016-cı ilin 10 ayı ərzində regionlarda 600 km-ə yaxın magistral və şəbəkə su xətləri, 370 km-dən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilib, 17 subartezian quyusu qazılıb.
Atatürk Bakıda anıldı
Türkiyə dövlətinin qurucusu, "Azərbaycanın sevinci sevincimiz; kədəri kədərimizdir" diyən, Qazi Mustafa Kamal Atatürkün vəfatının 78-ci ili Bakıda da qeyd edilib. “OLAYLAR”-ın Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinə istionadən verdiyi xəbərə görə, bu məqsədlə təhsil ocağında anım proqramı təşkil olunub. Liseyin müəllim və şagird heyəti, eləcə də Türkiyədən olan qonaqlar- Ayla Turan və Sermet Turanın da qatıldığı anım proqramında şagirdlər Atatürkə həsr olunmuş şerlər səsləndirib, musiqi ifa ediblər.
Cəmiyyət radikal dini qrupları qəbul etmir
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edir. “OLAYLAR”-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, Sevinc Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.
Tələbələr insan hüquqları ilə bağlı məlumatlandırılıb
Ombudsman Elmira Süleymanova Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, habelə Milli Aviasiya və Dövlət Gömrük Komitəsi akademiyalarının bir qrup tələbəsi ilə görüş keçirib.
Ölkəyə pirotexniki vasitələr gətirmək cəhdinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.














