Cəmiyyət radikal dini qrupları qəbul etmir
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edir. “OLAYLAR”-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, Sevinc Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.
11 Noyabr 2016 13:26 SiyasətMilli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş "Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar" mövzusunda tədbirdə iştirak edir. "OLAYLAR"-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, Sevinc Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.
İclasda çıxış edən millət vəkili deyib ki, bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Azərbaycanda isə xalq ənənəvi İslam dəyərlərinə əməl etdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir: "Cəmiyyət birmənalı şəkildə onları qəbul etmir və bu sahədə müvafiq qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır.
Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib". Milli Məclisin deputatı diqqətə çatdırıb ki, digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir. "Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz bu sahədə fəaliyyətimizi birləşdirərək cəmiyyətin hər bir fərdinin sağlam mühitdə tərbiyə almasına töhfə verməkdir. Bunun müsbət həlli üçün isə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, bu işə məsuliyyətlə yanaşmalıdır".