Məhkəmədən Ajda Pekkan qərarı

Ajda Pekkan ilə iş adamı Edib Şakru arasında yaranan məhkəmə çəkişməsi davam edir. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 prosesə qatılmayan sənətçi barədə qərar qəbul edilib. Belə ki, ifaçı məhkəməyə məcburən gətiriləcək.

Ajda Pekkan ilə iş adamı Edib Şakru arasında yaranan məhkəmə çəkişməsi davam edir.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 prosesə qatılmayan sənətçi barədə qərar qəbul edilib. Belə ki, ifaçı məhkəməyə məcburən gətiriləcək.

Bundan əvvəl isə sənətçinin vəkili onun səhhətinin yaxşı olmadığı, bu səbəbdən prosesdə iştirak etmədiyini bildirib.

Hakim isə: "Vətəndaş məhkəmə salonuna gəlirsə, Ajda xanım da gələcək", - şərhini verib.

Xatırladaq ki, müğənni villasını 2009-cu ildə iş adamı E. Şakruya 3 milyon 750 min dollara satmışdı. Daha sonra villada qanuna zidd işlərin görüldüyünü fərq etmiş, məhkəməyə müraciət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31