Bölgələrdə 650 min nəfəri əhali fasiləsiz içməli su ilə təmin olunub
2016-cı ilin 10 ayı ərzində regionlarda 600 km-ə yaxın magistral və şəbəkə su xətləri, 370 km-dən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilib, 17 subartezian quyusu qazılıb.
11 Noyabr 2016 13:31 Sosial2016-cı ilin 10 ayı ərzində regionlarda 600 km-ə yaxın magistral və şəbəkə su xətləri, 370 km-dən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilib, 17 subartezian quyusu qazılıb. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, görülmüş işlər nəticəsində regionlarda 130 mindən çox sakin ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilib, 40 min nəfərin su təchizatı isə fasiləsiz rejimə keçirilib. Bununla da bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 min nəfəri keçib. Bildirilib ki, indiyə qədər respublikanın 43 şəhər və rayon mərkəzində içməli su və kanalizasiya layihələri həyata keçirilib ki, bunların da 29-da işlər "Azərsu" ASC-nin sifarişi ilə icra olunub. Bu şəhərlərin 11-də layihələr dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına reallaşdırılır. Artıq 8 şəhərdə - Quba, Qusar, Göyçay, Beyləqan, Şamaxı, Tərtər, Biləsuvar, Naftalanda su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, digər 8 şəhərdə - Lənkəran, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Ucar və Zərdabda layihələrin içməli su ilə bağlı olan hissəsi yekunlaşıb. Qarşıdakı aylarda Ağcabədi şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaqdı