Donald Trampın prezident seçilməsi Azərbaycanın xeyrinə olacaq
Ekspert: “Hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır” Nəhayət ABŞ-da keçirilən prezident seçkiləri sona çatdı. ABŞ cəmiyyəti özünün 45-si prezidenti ilə bağlı mövqeyini ortaya qoydu. Seçkilərin yekunu olaraq milyarder, eyni zamanda, şəxsiyyəti və fəaliyyəti ilə bağlı ziddiyətli fikirlər səsləndirilən Donald Tramp prezident kürsünə yüksəldi. Bizim üçün maraqlı orasıdır ki, Amerikada Donald Trampın prezident seçilməsi ABŞ- Azərbaycan münasibətinə necə təsir edəcək?
11 Noyabr 2016 13:47 DünyaEkspert: "Hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır"
Nəhayət ABŞ-da keçirilən prezident seçkiləri sona çatdı. ABŞ cəmiyyəti özünün 45-si prezidenti ilə bağlı mövqeyini ortaya qoydu. Seçkilərin yekunu olaraq milyarder, eyni zamanda, şəxsiyyəti və fəaliyyəti ilə bağlı ziddiyətli fikirlər səsləndirilən Donald Tramp prezident kürsünə yüksəldi.
Bizim üçün maraqlı orasıdır ki, Amerikada Donald Trampın prezident seçilməsi ABŞ- Azərbaycan münasibətinə necə təsir edəcək?
Əvvəla onu qeyd edək ki, Donald Trampın prezident seçilməsi siyasi ekspertlər arasında fikir ayrılığı yaradıb. Belə ki, onun prezident seçilməsini təbii qəbul edənlərlə yanaşı, buna təəccüblənənlər də az deyil. Lakin, əslində Donald Trampın seçkilərdə qalib gəlməsi heç də şübhə altında deyil. Prezidentliyə namizəd Hillari Klinton və Donald Trampın mübarizə yarışı onu göstərirdi ki, xanım Kilinton o qədər də güclü bir namizəd deyil. Amerika vətəndaşları sistemli siyasətçilərdən artıq yorulub. Onlar hesab edir ki, demokratların Ağ Evdə qalması artıq uzun müddət oldu. Barak Obama və ondan sonra Hillari Klintonun seçilməsi o qədər də müsbət bir hal sayılmırdı. Bu onun göstərisi idi ki, Amerika siyasi elitası, eləcə də onların seçiciləri son illər Ağ evin apardığı siyasətdən heç də razı deyildilər. Daha dəqiq, ABŞ-ın Yaxın Şərqdə və Rusiya ilə bağlı siyasəti bu dövlətin xarici siyasətində korrektəyə ehtiyac olduğunu gündəmə gətirib. O ki qaldı Donald Trampın prezident seçilməsinin ABŞ- Azərbaycan münasibətinə təsiri məsələsinə, xatırladaq ki, Amerikada respublikaçılar hakimiyyətdə olanda həm Corc Buş, həm də ata Buşun zamanında bu iki ölkə arasındakı münasibətlər heç də aşağı səviyyədə olmayıb. Yeni seçilən prezident Donald Trampın da Azərbaycanla bağlı inşaat, biznes və sair sahələrdə müəyyən maraqları var. Bu ABŞ-ın maraqlarına cavab verən amillərdəndir. Bu baxımdan ikin versiya kimi demək olar ki, Azərbaycan-ABŞ münasibətlərinin normal məcrada inkişaf etməsinə maneə ola biləcək hər hansı məsələ yoxdur. Onu da yaddan çıxarmaq olmaz ki, Azərbaycan Qafqaz regionunda inkişaf etmiş böyük bir dövlətdir. Bundan başqa, Avropa və ABŞ-ın enerji layihələri və nəqliyyat sahəsindəki maraqları birbaşa Azərbaycanın üzərinə yönəlib. O halda qətiyyətlə demək olar ki, bundan sonra da ABŞ-Azərbaycan münasibətləri inkişaf dövrünü yaşayacaq. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi Azərbaycanın da xeyrinə olacaq. Deputat bildirib ki, Amerika cəmiyyəti hər zaman yeniliklərin tərəfdarı olan xalq kimi tanınıb: "Biz televiziyalardan da görürdük ki, xalq Trampı dəstəkləyir. Hillari Klinton Türkiyə və Ermənistan sərhədlərinin açılmasına rəhbərlik edən bir insan olub. Düşünürəm ki, Klintonun prezident seçilməsi Azərbaycan üçün də yaxşı nəticələr verməyəcəkdi. Bu, mənim subyektiv fikrimdir. Amma Trampın seçilməsi bizim ölkəmizin də xeyrinədir. Tramp hər zaman miqrantlarla bağlı çıxışlar edirdi, eyni zamanda Amerikanın özündə də problemlərin olmağından danışırdı". E. İbrahimov Trampın prezident seçilməsini yenilik kimi qəbul etdiyini də deyib: "Həm də ABŞ-da Demokratlar Partiyası daha nə qədər üstünlük təşkil etməliydi. Nəhayət respublikaçılar da hakimiyyətə gəlməliydi, ya yox... Bu baxımdan respublikaçıların namizədi kimi Donald Trampın seçilməsini yüksək qiymətləndirirəm. Tramp ölkələrimiz arasında münasibətlərin inkişafında və daha da yaxşılaşmasında iştirak edəcək. Mən deputat həmkarlarım arasında bu ifadəni hər zaman deyirdim ki, Amerika cəmiyyəti qara nəsilli insanı - Barak Obamanı seçirsə, Trampı da seçər. Amma ən əsas mahiyyət ondan ibarətdir ki, Trampın seçilməsi Azərbaycanın da xeyrinə olacaq. Neytral insan olaraq onun bizə xeyri olmasa da, ziyanı da olmayacaq". Deputat onu da vurğulayıb ki, ən əsası budur ki, dünyada silahlanma bitəcək: "Çünki, Rusiyaya sanksiyalar qoyulmasından bütün ətraf ölkələr də əziyyət çəkirdi. Bizə lazım olan dünyada sabitliyin olmasıdır. Dünyanın siyasətini həll edən ölkə olaraq Trampın seçilməsi ətraf ölkələr üçün də əlverişli olacaq". Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan-ABŞ münasibətlərinin təməli ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qoyulub. Ona görə də hər iki ölkə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir-biri ilə dost və əməkdaşlıq münasibətində qalacaqlar. Onun sözlərinə görə, hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır: "ABŞ dünyanın supergüclərindən biri olduğundan, dünya proseslərinə ciddi təsir etmək imkanları var. Azərbaycan Şərqdə demokratik inkişaf edən, öz daxili və xarici siyasətini özü müəyyənləşdirən və unikal müasir dövlət qura bilib". A.Mirzəzadə qeyd edib ki, hər iki dövlət bir çox sahələrdə əməkdaşlıq edir: "ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarında ölkənin xarici siyasətlərində bir sıra dəyişkliklərin olmasının vacibliyini vurğulamışdı. Düzdür, onun çıxışlarında Qafqaz və Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa mövqeyi bildirilməyib. Lakin hesab edirəm ki, ümumi dəyişikliklər paketində regiona münasibətdə bir sıra məqamlar dəyişəcək. Həmçinin, yeni prezidentin Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına cavab verdiyi qənaətinə gələcəyinə heç bir şübhəm yoxdur. Azərbaycan öz resursları hesabına güclü dövlət qurmaq modelini ortaya qoyub. Azərbaycan bir çox xalqların mədəniyyətlərini və dinlərini sərbəst inkişaf etdirə biləcəyi ölkədir. Bütün bu məsələlər Donaldın seçkiqabağı bəyanatlarında vaxtaşırı vurğulanırdı. Ümid edirəm ki, onun prezidentliyi dövründə hər iki ölkənin münasibətləri daha da güclənəcək".
Alim