Gündəm
Muzdla çalışanların sayı açıqlandı
2016-cı il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1520,2 min nəfər olmuş, onlardan 887,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilib. Bununla bağlı Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edilib. Sənədə əsasən, Cinayət Məcəlləsinin 259-cu maddəsində dəyişikliklə meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Kol və yaşıllığın məhv edilməsinə qarşı sanksiyalar ağırlaşdırılıb
Milli Məclisin iclasında Meşə, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, hər üç layihəyə edilən dəyişikliklər eyni tərkibdə olub. Dəyişikliklərə əsasən yaşıllaşdırma ilə bağlı dispozisiyada dəyişiklik edilib, kol və yaşıllığın məhv edilməsinə qarşı sanksiyalar ağırlaşdırılıb. Layihələr səsə qoyularaq qəbul olunub.
Milli Məclis bir neçə qanunda dəyişiklik edib
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. Dərhal gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılan iclasda Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç layihə bir müddət əvvəl “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırmadır. Hər üç layihə ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
4 şəhərdə su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatıb
Cari ilin 10 ayında regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb.
Həftə sonunun havası
Trampdan ABŞ-dakı aksiyalara ilk SƏRT REAKSİYA
ABŞ-da prezident seçkilərinin ardından başlayan etiraz aksiyaları 45-ci prezident postuna yiyələnən Donald Trampı özündən çıxarıb.
Cəhənnəm qədər divanə seçki: niyə alınmadı?
Heç şübhəsiz... Amerika tarixində ən fövqəladə sayıla biləcək bu seçki siyasi isteblişmentə qarşı qiyam da adlandırıla bilər. Bu mənada siyasi isteblişmenti Hillari Klinton qədər təmsil edən çox az adam var. Bu seçki kampaniyasında o, milyonlarla qəzəbli seçici üçün sınıq Amerika siyasətinin simasına çevrilmişdi.
Tramp biabırçı səhvi Əli Kərimliyə bağışlamayacaq
AXCP sədri Əli Kərimli ABŞ-ın yeni prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda özünü biabır edib. Publika.az xəbər verir ki, Ə.Kərimli məktubu demokratların namizədi Hillari Klintona hazırlayıb.
Banklar kredit borcu olanları necə hədələyir?
Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar.
Bakı yaxınlığında DƏHŞƏT: Maşın 3 nəfərin üstündən keçdi
Daxili İşlər Nazirliyi Aşağı Güzdəkdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulublar. Onlar xəstəxanaya yerləşdiriliblər və Ə.Əliyev orada ölüb.
"İsgəndər" raketlərinin Ermənistana tədarükü regionda nüvə təhlükəsini artırır"
Rusiyanın "İsgəndər" raketlərinin Ermənistana çatdırılması regionda nüvə təhlükəsini artırır. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın "Huffington Post" qəzetində dərc olunan məqalədə deyilir.
Müvafiq icazə olmadan quraşdırılmış yol nişanları ləğv olunur
Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında nəqliyyat axınının tənzimlənməsi və yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərini davam etdirir.
Dini Komitə Masallıda tədbir keçirib
Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin və DQİDK-nın məsul işçiləri, ağsaqqallar, dini icma sədrləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Noyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan "Şərq qapısı" qəzetinə bildirilib ki, fond 2016-cı ilin noyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bunun üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülüb. Yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınaraq əmək pensiyaçılarının, həmçinin məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.













