Gündəm
Muxtar respublika dayanıqlı və təhlükəsiz mavi yanacaqla təmin olunur
“Naxçıvanqaz” İstehsalat Birliyindən “Şərq qapısı” qəzetinə bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin xidmətə nəzarət daha da gücləndirilib, istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılaraq, aşkarlanan qaz sızmaları texniki-təhlükəsizlik qaydalarına uyğun olaraq aradan qaldırılır. Bu istiqamətdə işlərin icrası davam etdirilir. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb. Birliyin mütəxəssisləri tərəfindən sosial obyektlərin, idarə və təşkilatların, yaşayış binalarının qazanxanalarına texniki baxış keçirilən zaman mövcud problemlər araşdırılaraq nöqsanlar aradan qaldırılıb.
"Tramp gərək açıq şəkildə bəyan etsin ki..."
Tramp Rusiya ilə münasibətlərdə NATO-nun prinsiplərindən geri çəkilməməlidir. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu ZDF telekanalına müsahibəsində Almaniya müdafiə naziri Ursula fon der Lyayen söyləyib. Onun sözlərinə görə, yeni prezident Alyansın işinə biznes kimi baxmamalıdır: "NATO şirkət deyil. Bu, o hal deyil ki, "keçmiş məni maraq
Trampdan amerikalıları şoka salan addım
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın dövlət katibi postuna seçdiyi namizədlər bütün amerikalıları şoka salıb.
Tramp əsas işlərini açıqladı
"İşə başlayan kimi səhiyyə və immiqrasiya məsələləri ilə ciddi məşğul olmağa başlayacağam".
Obama terrorçuların liderlərini məhv etmək əmri verdi
ABŞ prezidenti Barak Obama Suriyada "Cəbhət ən-Nusra" liderlərini məhv etmək haqqında əmr verib.
Tramp pravoslav yunanı nazir etmək istəyir
ABŞ prezidenti postuna keçirilmiş seçkilərdə qalib gəlmiş Donald Tramp ölkənin maliyyə naziri postuna "JPMorgan Chase" bankının baş direktoru Ceyms Daymonu təyin etməyi düşünür.
Tramp Azərbaycan müxalifətini susdurdu
Donald Trampın ABŞ prezidenti seçilməsi Azərbaycanın klintonpərəst müxalifətini, xarici fondlardan qidalanan QHT rəhbərlərini, "hüquq müdafiəçiləri"ni sükuta qərq edib.
Ermənistanda məmur rüşvət alarkən tutuldu
Noyabrın 10-da Ermənistanın Şirak vilayətinin Gümrü Regional Hərbi Komissarlığının əməkdaşı rüşvət alarkən saxlanılıb.
Ərdoğan Minskə getdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, dövlət başçısını bu səfərdə baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybekçi, gömrük və ticarət naziri Bülənt Tüfəngçi müşayiət edirlər.
Rza Zərraba 75 il həbs istəyən prokurordan ağır tələb
ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab haqqında ittiham aktını hazırlayan prokuror Prit Bharara daha dörd nəfər barəsində cinayət işinin açılmasını tələb edib.
Sarkisyan Trampı "Qarabağ ermənisi" çıxartdı
Rusiyanın "Nezavisimaya" qəzeti ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla bağlı sensasion iddia ilə çıxışı edib.
AST Telman "Mardan Palace"ı geri aldı
Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyədəki "Mardan Palace" otelinin satış tenderinin nəticələri ləğv edilib.
Bu toyuqlardan alanlar, DİQQƏT
Toyuq məhsullarında qısa müddətdə bakteriya yarandığına görə onlar yoluxucu və ölümcül xəstəliklərə səbəb ola bilir.
Qubada inzibati bina yanıb
Quba rayonu, Amsar kəndində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaradağda 3 otaqlı ev yanıb
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. DİN-dən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.














