Gündəm
Azərbaycan şərabları Çində nümayiş olunur
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixrac missiyası Honq-Konqdadır.Noyabrın 10-da Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsinin daxil olduğu ixrac missiyası 9-cu "Hong Kong Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi"ndə iştirak edir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Hong Kong Konqres və Sərgi Mərkəzində təşkil olunan və 37 ölkədən mindən artıq iştirakçının qatıldığı sərgidə Azərbaycan üçün pavilyonda yerli şərablarımız nümayiş olunur.
Oqtay Əsədov Almaniyanın yeni səfirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib. Sədr qonağı salamlayaraq, ölkəmizdə səfir təyin olunması münasibəti ilə onu təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı.
Tanınmış xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
Beynəlxalq Muğam Mərkəzində Xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Millət vəkili gənclərlə görüşüb
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyevlə Nərimanov rayon gənclərinin görüşü keçirilib.
Ankarada işgüzar görüş var
Noyabrın 15 – i Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Ankaraya işgüzar səfəri gözlənilir. Alman nazirin Ankaraya Avropa Birliyi ilə əlaqədar və terrorla mübarizə məsələlərini müzakirə etmək üçün gəldiyi güman edilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Qışa hazırlaşan terrorçular
Dünən Türkiyənin Tunceli bölgəsinin Balı Dərəsi rayonunda jandarma birlikləri əməliyyat keçirib. Hava dəstəkli əməliyyat nəticəsində 5 – i qadın olan 14 terrorçunun məhv edildiyi bildirilir. Əməliyyat zamanı terrorçuların sığınacağından çoxlu sayda silah – sursat və ərzaq ehtiyatı aşkarlanıb. Zərərsizləşdirilmış terrorçu qrupun qış hazırlığında olduqları nəzərlərdən yayınmayıb. Bu səbəbdən də onların mağaralar bölgəsinə gəldikləri düşünülür. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu təqdim edib.
Qadın terrorçu saxlanılıb
DHKP – cı terror təşkilatının silahlı birliklərinin rəhbəri olan, bir çox qətl və terror aksiyalarında iştirak etmiş Sevinc Bozdağ Mersin Silifke qəsəbəsində həbs edilib. Qadın terrorçunun bir motorlu qayıqda gizləndiyi bildirilib. Onun Yunanıstana qaçacağını öyrənən polis terrorçunu saxta kimliklə Silifke limanında həbs edib. Terrorçuya yardım və dəstək verən şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində cinayət işinın açıldığı bildirilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Ermənistanda "konstitusiya dəyişiklikləri” cəfəngiyatdır
"Ermənistanın işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması cəfəngiyyatdan başqa bir şey deyil və onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Artıq bir sıra aparıcı dövlətlər, o cümlədən də Rusiya və Fransa da rəsmi şəkildə bəyan etdilər ki, onlar qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımırlar və bu niyyətdə də deyillər". Bunu SIA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Bir simasız digər simasızı simasızlıqda ittiham edir
“ATƏT ABŞ-da keçirilən seçkiləri tənqid edib. Çox əcəb. Amma nə üçün indi? ATƏT-in başbilənləri hansı səbəblərdən seçkilərin nəticəsi bəlli olduqdan sonra tənqid haqqında düşünmək qərarına gəliblər? ATƏT-in bəyanatında yer alan ittihamların böyük əksəriyyəti ABŞ-da keçirilən prezident seçkilərindən daha çox bu ölkənin seçki sistemi ilə bağlıdır”. SİA-nın məlumatına görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
"Ermənilərin Bakıda etirafları ümumi erməni cəmiyyətinin etirafıdır"- SORĞU
Məlum olduğu kimi, Bakıya gələn bir qrup erməni hüquq müdafiəçisi Sarkisyanı ifşa edən açıqlamalar verdilər və Dağlıq Qarabağın, birmənalı olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdilər. Təbii ki, mövcud fakt onu deməyə əsas verir ki, bu cür düşünən və düşündüyünü beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran yalnız Ermənistanın hüquq-müdafiə təşkilatlarının rəhbərləri deyil. Bir ovuc Sarkisyan rejiminin dəstəsi istina olmaqla, ümumi erməni cəmiyyəti ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edirlər. SİA bununla bağlı QHT rəhbərlərinin fikirlərini öyrənib. Onlar haqqın tədricən öz yerini almağa başladığını və bu nöqteyi nəzərdən dünya birliyinin də mövcud reallığı qəbul etməyə məcbur olacağını bildiriblər.
Dənizçilik sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib
İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.
Ermənilər yenə ağır texnikanı işə saldı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Üç nəsil təhlükədə
Məlumdur ki, son zamanlar gənclər arasında fast – food qidalarına böyük təlabat var. Hamilə qadınların da bu qidalara üstünlük vermələrinin təhlükəli olduğu araşdırılıb. Hazır, yağlı və şəkərli qidaların qəbulu üç nəslin genetikası üçün böyük təhlükədi. ABŞ – larının Vaşınqton Universitetində mütəxəssislərin apardıqları araşdırmalara görə bu qidaları qəbul edən hamilə qadınlar üç obez (artıq çəki) nəsil hazırlayırlar. Ananın dünyaya gətirdiyi uşaq, nəvəsi və nəticəsi. Həmçinin araşdırmalar zamanı hazır qidalara üstünlük verən analarda və üç nəsildə ürək və diabet xəstəliyi, artıq çəki, yüksək təzyiq xəstəlikləri aşkarlanıb. Mütəxəsisslər hamilə qadınlara təbii qidalardan istifadə etməyi məsləhət görürlər.
Bunları bilirdiniz?
Depressiyada olan zaman sizə antidepressant təsiri bağışlayan qidaların varlığından xəbəriniz varmı? Bu qidalar vaistəsilə siz depressiyadan qurtula bilərsiniz. Məsələn, badam sizə kömək edə biləcək yeyəcəklər sırasındadı.Tərkibində olan maqneziyumun insan bədəni üçün böyük əhəmiyyətə malikdir. Mütəxəssislər qeyd edir ki, bədən də maqneziyum az olarsa depressiya və digər psixoloji xəstəliklər yarana bilər. Gün ərzində 23 dənə badam yeməniz sizin psixoliji sağlamlığınızı qoruya bilər. Şokolad antidepressant dərmanlarla eyni gücdədi. Bədəndə serotonin səviyyəsini artırır, stress hormonlarının yaranmasını zəiflədir. Depressiya zamanı həkim köməyindən imtina etdikdə, şokolada “sarıla” bilərsiniz. İspanağın tərkibindəki maddələr bədən serotonunun düzgün nizamlanmasına kömək edən maqneziyumla zəngindir. Aşağı səviyyəli maqneziyum serotonin azalmasına və depressiyaya yol açır. İspanağı yeməklər də və salatlar da tez – tez istifadə edə bilərsiniz.
Mustafa Kamal ölmədən öncə nə yeyib?
Dünyaca məşhur insanların həyatı hər zaman sadə insanlar üçün maraqlı olub. Bu dəfə isə araşdırmaçılar məşhurların ölmədən öncə nə yediklərini öyrəniblər.














