Mustafa Kamal ölmədən öncə nə yeyib?

Dünyaca məşhur insanların həyatı hər zaman sadə insanlar üçün maraqlı olub. Bu dəfə isə araşdırmaçılar məşhurların ölmədən öncə nə yediklərini öyrəniblər.

Dünyaca məşhur insanların həyatı hər zaman sadə insanlar üçün maraqlı olub. Bu dəfə isə araşdırmaçılar məşhurların ölmədən öncə nə yediklərini öyrəniblər.

Amerikanın on altıncı prezidenti  Abram Linkolin ölmədən öncə toyuq yeyib.

Savaş tanrısı sayılan İsgəndər ölümündən öncə ballı incir yediyi məlumdu.

Sui qəsd nəticəsində həyatını itirən Amerikanın ən gənc prezidenti Con Kennedinin son yeməyi qızarmış çörək, marmalat və yumurta olub.

Barış simvolu kimi qəbul olunan Monhandas Karamçad Qandi son dəfə qaynadılmış tərəvəz, portaqal və süd içmişdi.

Bütün zamanların ən gözəl qadını olan Merlin Monro son olaraq göbələk və ət yeyib

Rock&Roll -u bir çoxlarına sevdirən məşhur əfsanə Elvis Presli ölmədən öncə dondurma və şirniyyat yemək istəmişdi.

Rus uzaqgörəni Qriqori Yefimoviç Rasputin son olaraq ballı kek və şərab qəbul eləyib.

Amerika ədəbiyyatının əfsanələrindən olan Ernest Heminquey son dəfə xiyar, biftek və közlənmiş kartof yemişdi.

Alman diktatoru Adolf Hitler ölmədən öncə souslu spageti yeyib.

Səddam Hüseyn edamdan öncə qaynadılmış toyuq və düyü ilə qidalanıb.

Şahzadə Diana Parisdəki avtomobil qəzasından öncə omlet və balıq yemişdi.

Popun kralı Maykl Cekson isə son dəfə toyuğun qızardılmış sinə əti və xiyar yeyib.

24 yaşında ölməsinə baxmayaraq, oynadığı filmlərlə hələ də yaddaşlarda qalan məşhur aktiyor James Dean son dəfə almalı piroq və süd qəbul eləyib.

Məşhur fransalı inqilabçı Napolyon Bonapart son olaraq sarımsaqlı çörək və qızardılmış pomidor yeyib.

Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürk  ölmədən öncə son yeməyi dəqiq bilinmir. Lakin son yemək istədiyi qida enginar olub. İzmirdə enginar yetişmədiyi üçün Atatürkün bu istəyi həyata keçməyib. Onsuz sağlamlığı da onu qəbul etməyə imkan vermirdi. 8 noyabrda Mustafa Kamal Atatürk bu qidaları qəbul etmişdi: 06 :00 - da altı qaşıq südlü qəhvə, 08 : 30 - da beş qaşıq südlü çay, 11 : 00 - da bir qədər yulaf sıyığı, 13 : 00 - da altı qaşıq süd, 15 :10 - da bir az şorba və 17 :15 - də dörd qaşıq alma suyu içdiyi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31